Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Almaniya hərbi nümayəndələrinin ekspert görüşü keçirilib
Azərbaycan və Almaniya hərbi nümayəndələrinin ekspert görüşü keçirilib

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən hər iki ölkənin hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyindən Bizimyol.info-ya verilən xəbərə görə, Almaniyanın Müştərək Əməliyyat Komandanlığında keçirilən görüşdə Azərbaycan və Almaniyanın BMT missiyalarında, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və qazanılmış təcrübələr mövzusunda ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər
Bütün xəbərlər »