Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orta Asiya da Rusiyanın “qaz ittifaqı”nı rədd etdi: Azərbaycan nə etməlidir?
Orta Asiya da Rusiyanın “qaz ittifaqı”nı rədd etdi: Azərbaycan nə etməlidir?

Özbəkistanın Energetika naziri Jurabek Mirzəmahmudov ölkəsinin qaz müqabilində siyasi güzəştə getməyəcəyini bildirib. O deyib ki, ölkəsi həm Rusiyadan, həm də digər ölkələrdən yalnız sərfəli qiymət və müqavilə şərtləri ilə yanacaq alacaq.

“Biz heç vaxt qaz müqabilində siyasi şərtlərlə razılaşmayacağıq",- deyə o bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan Rusiya ilə “qaz ittifaqı”nda iştirak etmək istəmədiyini dilə gətirmişdi. Bəs görəsən, qaz ittifaqına qoşulmayan ölkələri nə gözləyir?

Bunun Azərbaycana hansısa bir təsiri varmı?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına bildirib ki, dekabrın 9-da beşlikdə keçirilən Avrasiya sammitində bu məsələlər müzakirə olunub.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Özbəkistanın Energetika naziri Mirzə Mahmudovun çıxışına münasibət bildirən Putinin mətbuat köməkçisi Peskov dedi ki, nazirin bu çıxışı yalnız kommersiya xarakteri daşıyır, siyasi məsələlər deyil. Orada da bildirildi ki, Avrasiya İttifaqının üzvü olan ölkələrdə qaz Avropa ölkələrindən 10 dəfə ucuzdur. Bu ölkələrin də iqtisadiyyatının güya Avropa İttifaqı üzvü dövlətlərindən daha çox inkişaf etdiyini bildirdilər. Ancaq görünən odur ki, yaxın zamanlarda Orta Asiyanın qaz və neft energetika məsələləri Azərbaycan üzərindən Türkiyəyə və oradan Avropaya daşınılacaq”,- deyə politoloq bildirib.

Onun sözlərinə görə, məhz bu səbəblə dekabrın 13-14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri gözlənilir. Belə ki, burada türkmən qazının Azərbaycan üzərindən Türkiyəyə və oradan da Avropa ölkələrinə çatdırılması nəzərdə tutulub.

“Çox böyük layihədir. Bunun üçün də artıq hazırlıqlar gedir. Orta Asiya ölkələri Çinlə bərabər nüvə silahından müdafiə sistemi qurulması ilə bağlı işlər həyata keçirir. Yəni qazın müqabilində Rusiyaya hansısa siyasi güzəştlər edilməsi artıq Orta Asiya ölkələrinin qarşısında duran məsələ deyil. Onlar artıq müstəqil siyasət aparırlar. Qaza görə də Rusiyadan hər-hansısa asılılığı boyunlarına götürmək istəmirlər”,- deyə o vurğulayıb.

Elşad Həsənov qeyd edib ki, Azərbaycan qaz ixrac edən ölkə olduğu üçün bu ittifaqa qoşulmayıb. Məhz bu səbəbdən də bu kimi məsələlərin Azərbaycana heç bir təsiri olmayacaq. Eyni zamanda Rusiya qazından, neftindən imtina edən Avropanın müəyyən ölkələri Azərbaycan qazı ilə təchiz olunur.

Məhz bu səbəbdən də bu kimi məsələlərin Azərbaycana heç bir təsiri olmayacaq.

Türk Şurası, İstanbul Türk Şurası, İstanbul (Foto: Arxiv)

Eyni zamanda Rusiya qazından, neftindən imtina edən Avropanın müəyyən ölkələrinə Azərbaycan qazı təchiz olunur.

“Rusiya qazının da Türkiyəyə ixracı məsələsi var. Türkiyədə böyük yanacaq habı, bazası yaradılacaq. Bundan sonra Türkiyə Rusiyadan aldığı qazı Ukraynaya uyğun qiymətlərə sata biləcək. Bu, gələcək üçün çox böyük layihə olacaq. Biz bu ittifaqa - yəni qaz ittifaqına qoşulmamışıq və ehtiyacımız da yoxdur. Yəni, bunun Azərbaycana heç bir təsiri gözlənilmir”,- deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »