Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Azərbaycan türklərinin tarixini saxtalaşdıraraq öz adına çıxır
İran Azərbaycan türklərinin tarixini saxtalaşdıraraq öz adına çıxır

Azərbaycan prezidenti həm oktyabrın 21-də, həm noyabrın 11-də çox ciddi açıqlamalar verdi. Xüsusilə, noyabrın 11-də Türk dövlətləri təşkilatının IX zirvəsindəki çıxışı və bu Azərbaycanın sərhədlərindən kənarda taleyini acı hökmü ilə çox milyonluq azərbaycanlıların yaşadığını vurğuladı. Onların Türk dünyasına aid olduqlarını, Türk dünyasının coğrafiyasına aid olduğunu vurğuladı, onların yaşadığı bölgəni və orada onların öz ana dillərində oxuya bilməməsi, öz mədəniyyətləri və bu kimi hüquqlardan məhrum olduqlarını assimilyasiyaya məruz qaldıqlarını dilə gətirdi. Bu məsələnin diqqətdə saxlanılması həm Türk Dövlətləri Təşkilatından istədi, həm də Azərbaycan dövlət olaraq bu məsələdə aktiv olacağını və maraqlanacağını və diqqət göstərəcəyini vurğuladı. Təbii ki, bu bir yeni dönüş nöqtəsi oldu güney Azərbaycanda gedən milli azadlıq hərəkatı üçün, milli təşkilatların, milli fəalların və ümumiyyətlə orada yaşayan Azərbaycan Türklərinin mübarizəsinə yeni bir təkan oldu. Bu səbəbdən də biz gördük ki, Azərbaycan prezidentinin fotoları şəkilləri küçələrdə, xiyabanlarda müxtəlif şəhərlərdə yayılmağa başladı. Xüsusilə, güney Azərbaycanda yaşayan azərbaycan gəncləri belə bir yazı paylaşdılar o şəkillərin üzərində ki, “cənab prezident biz sizin mesajınızı aldıq və biz sizin yanınızdayıq, sizin arxanızdayıq və sizi dəstəkləyirik”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. O, qeyd edib ki, elə indi də o proses davam edir bir çox şəhərlərdə Azərbaycan prezidentinin şəkilləri yayılır, Azərbaycan bayrağı qaldırılır, milli şüarlar getdikcə məqsədli şəkildə, daha ciddi şəkildə ifadə olunur. “Millətlərə istiqlal, qadınlara azadlıq” şüarı artıq güney Azərbaycanda səslənilir. “Azadlıq, ədalət, milli hökumət” şüarı artıq üniversitetlərdə, küçələrdə səslənir.

Sadiq İsabəyli Sadiq İsabəyli

Bütün bunlar sübut edir ki, Güney Azərbaycanda milli azadlıq hərəkatı öz istiqamətində getməkdədir. Milli şüarları da səsləndirilməkdədir. Bu səbəbdən də, İranın “Səhər” telekanalının Azərbaycana qarşı anti-Azərbaycan təbliğatı bugünlərdə daha aqressivləşib, daha da artırıblar. Heç bir əsası olmayan, tarixə söykənməyən Azərbaycana qarşı hansısa şüarlar səsləndirə bilərlər. Çünki, İran adlanan ölkədə tarix saxtalaşdırılmışdır.

“Xüsusilə bu 100 il içində Azərbaycanlılarla bağlı, Azərbaycan Türklərinin 1000 illik hakimiyyəti və xüsusilə bu Qacar dövründəki hakimiyyətin tarixi kəskin şəkildə saxtalaşdırılıb. Ondan öncəki tarixlər daha çox təhrif olunmuşdur. Yəni öz xeyirlərinə yazmağa çalışmışlar. Amma orada da böyük yanlışlıqlar, böyük təhriflər vardır. Təəssüf ki, bu məsələləri gündəmə gətirmək imkanlarımız yoxdur. Təhrif olunmuş tarixin doğrusunu millətimizə çatdırrmaq imkanlarımız yoxdur.

Rejim bu təhrif olunmuş tarixdən, saxtalaşdırılmış tarixdən sui stifadə edərək, bəzi asimilə olunmuş insanlardan istifadə edə bilər ki, onlar Azərbaycana qarşı hansısa anti-Azərbaycan siyasəti aparsın. Desinlər ki, guya ora İran idi, falan idi. Amma təbii ki, bu tarixdə belə deyil.

Bütöv Azərbaycan real tarixi, siyasi hakimiyyəti, onun keçirdiyi müxtəlif dövrlər və o dövrlərdə ki, onun hakimiyyətləri və digər məsələlər ki, bunlar çox ciddi tarixi məsələlərdir. Çox təəssüf ki, bütün bu tarixi məsələləri incələyəndə biz fars mərkəzli düşüncəni, fars mərkəzli siyasətin və Azərbaycan türklərinə yanaşmasında nə qədər böyük xəyanətlərə şahid oluruq”,- deyən Sadiq İsabəyli bildirib ki, ən azı bu 350 il içində, yəni Şah Abbas dövründən bəri ən çox azərbaycanlılara qarşı xəyanəti farslardan və ermənilərdən görmüşük. Ermənilərin də çox təəssüf ki, dəstəkçiləri hər zaman Fransa olub. Elə Gülüstan və Türkmənçay müqaviləsinin olması, Azərbaycanın parçalanması və ondan sonraki dövrləri, ondan öncəki sürətləri incələyəndə də tarixdə biz görürük ki, nə qədər burada erməni, fars və Fransanın xəyanəti vardır.

“Abbas Mirzənin öldürülməsində Fransanın nə qədər xəyanəti vardır. Napoleon Bonapartın Abbas Mirzə və Fətəli şaha qarşı imzaladıqları hətta müqavilədə çox sayda xəyanət etdikləri bəllidir. Çox təəssüf ki, bütün bunların hamısını bu rejim və Pəhləvi rejimi də heç vaxt gündəmə gətirmirlər. Hər zaman çalışırlar ki, bu məsələləri örtbasdır etsinlər, göstərməsinlər. Bunu guya Qacar dövlətlərinin Fətəli şahın, Abbas Mirzənin ləyaqətsizliyi kimi göstərsinlər. Azərbaycanın parçalanması və yaxud onların deyişi ilə, hərhalda o bölgədə o parçalanma və yaxud Türkmənçay və Gülüstan müqaviləsinin yazılması məsələsi və s. kimi məsələləri çox təəssüf ki, hələ də tarix kitablarında yazırlar, televizialarda təqdim edirlər” - deyə siyasi şərhçi qeyd edib ki, bizim gənclərimizin əksəriyyəti bu şəkildə öz tarixlərindən biganə salınıb. Təbii ki, bunlardan da bunların içindən də bəzilərini seçirlər. Anti-Azərbaycan siyasətini də aparmağa çalışırlar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »