Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə ilə ünsiyyətdə çətinlikləri aradan qaldıra bildik" – Paşinyan
"Türkiyə ilə ünsiyyətdə çətinlikləri aradan qaldıra bildik" – Paşinyan

“Türkiyə tərəfi ilə təmasların praktiki nəticəsi olmaya bilər. Lakin proses ölü nöqtədən kənara çıxdı”.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parlamentdə 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib. O, bu il Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını, daha sonra isə bu yaxınlarda Praqada görüş olduğunu xatırladıb.

"Soruşa bilərsiniz ki, görüş çox yaxşıdır, amma situasiyada nəsə dəyişib? Buna cavab olaraq deyə bilərəm, mən düşünürəm ki, bizdə situasiyada çox mühüm dəyişiklik var, bu, əlbəttə, özlüyündə hansısa əhəmiyyətli və praktiki nəticə deyil. Amma vəziyyəti təhlil edərək anladım ki, bu ilin avqust-oktyabr aylarında Türkiyə tərəfi ilə təmaslar zamanı biz kommunikasiya çətinliklərinin öhdəsindən gələ bilmişik”,- deyə Paşinyan bildirib.

Ermənistan mediası isə yazır ki, “ola bilsin ki, bu, çox zəif və əhəmiyyətsiz arqumentdir, lakin Paşinyan əmin edib ki, həmişə və bütün hallarda keçmişdə bu sual olub: görüşmək və ya görüşməmək, danışmaq və ya danışmamaq. İndi isə nəinki hakimiyyət səviyyəsində, hətta cəmiyyət səviyyəsində də bu dilemma yoxdur”.

Ermənistan mediası onu da əlavə edib ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.

2021-ci ilin dekabrında isə Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər, birinci görüş Moskvada, digər üç görüş isə Vyanada keçirilib.

Bundan əlavə, Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı iyul ayında baş tutub.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »