Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Çavuşoğlu: ATƏT 30 il bu məsələni gecikdirdi, indi nə istəyir?
Nazir Çavuşoğlu: ATƏT 30 il bu məsələni gecikdirdi, indi nə istəyir?

“ATƏT dalana dirənən mərkəz olub, onun indi qəbul etdiyi qərarlar həm də ATƏT-in fəaliyyət qaydalarına ziddir. Bu belədir, onun "oldu bitdi" deməsi ilə məsələ həll olunmur”.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “AK Partiya 2023-cü ilə doğru şəhər toplantıları” çərçivəsində Mersində Suphi Öner Müəllimlər Evində keçirilən mətbuat konfransında danışıb.

Çavuşoğlu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qiymətləndirmə qrupunun Ermənistanın Azərbaycan sərhədinə təyinatı ilə bağlı fikrini soruşduqda belə deyib: "Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ATƏT-Minsk üçlüyünün səyləri sayəsində olmayıb. Onlar bu işğalın davam etməsini 30 il uzadıblar. İndi nə istəyirlər?", - deyə bildirib.

Problemin 30 ildir həll olunmadığını qeyd edən Çavuşoğlu ATƏT-in “konsensusa gələ bilməmək” iddiasınna cavab olaraq: “30 ildir problemi həll etmədiyi halda konsensusdan istifadə edirsiniz. İndi o bölgəyə müşahidəçi və ya hər hansı nümayəndə heyəti göndərəndə Azərbaycanın fikrini belə qəbul etmirsiniz. Bu konsensusla qəbul edilir”, - deyib.

Bu məsələlərin müzakirəsi zamanı Azərbaycanın razılığının alınmasının vacibliyini vurğulayan Çavuşoğlu: “ATƏT-in nizamnaməsini, fəaliyyət qaydalarını və ənənələrini köhnəldirsinizsə, nəticədə təşkilatı köhnəlir, gözdən salırsız. Onların burada məqsədləri nədir? Əlbəttə, Ermənistanı dəstəkləməyə çalışırlar. Bunun bir faydası varmı? Bunu 30 il etdiniz amma fayda vermədi. 30 il bu məsələnin həll oluna bilməməsinin səbəbi odur ki, bu ATƏT üçlüyü birtərəflidir, yəni Ermənistanın tərəfini tutmaqla problemə birtərəfli yanaşıblar. Onlar işğalçının tərəfini tuturdular. Məqsədiniz sülhə töhfə verməkdirsə, ilk növbədə özünüzə inam yaradın", - deyə o qeyd edib.

Digər tərəfdən, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan və Ermənistanın Aİ-nin müşahidə missiyası ilə bağlı razılığa gəldiyini xatırladan Çavuşoğlu:

"Avropa Birliyi mürəkkəbi qurumadan buna qarşı hərəkət edir. Sözünün üstündə durmur. Bilirsiniz, prezident Rəcəb Tayyib Ərdoğan həmişə "dürüst deyillər" deyir. Onlar həqiqətən məsələyə vicdanla yanaşmırlar. Bir dəfə oturandan sonra sövdələşirsən. Müqavilələrə və razılaşmalara əməl edirsən. Məqsədin nədir? Əgər məqsədin sülhə töhfə verməkdirsə, ilk növbədə güvən. Dürüst ol. Biz töhfə veririk. Prosesi dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında. Azərbaycan Ermənistana səmimi sülh sazişi təklif edir. Hazırda bunun üzərində işləyirlər. Biz də bunu dəstəkləyirik”, - deyə qeyd edib.

Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üçün xüsusi nümayəndələr təyin etdiklərini xatırladan Çavuşoğlu: “Azərbaycanla Ermənistan arasında atılan hər bir müsbət addım əlaqələrimizə də müsbət təsir edəcək. Bunu biz də deyirik. Daha mühüm layihələr var. Bu gün Şimal dəhlizi artıq alternativ deyil. Şərq-Qərb-Mərkəzi dəhlizi həyati əhəmiyyət kəsb edir. Ona görə də biz burada layihələri həyata keçirməliyik. Bu, Avropa üçün çox faydalı olacaq, lakin onlar bu anlayışdan qurtula bilmirlər”, - deyə Çavuşoğlu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »