Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın çöküşü üçün ilk zərbəni çeçenlərin vuracağına şübhəm yoxdur"
"Rusiyanın çöküşü üçün ilk zərbəni çeçenlərin vuracağına şübhəm yoxdur"

Ukrayna Ali Radası Çeçen İçkeriya Respublikasının suverenliyini tanıyıb. Bununla yanaşı, Ali Rada “Çeçen İçkeriya Respublikasını Rusiya Federasiyasının müvəqqəti işğalı altında olan ərazi kimi tanıyıb və Rusiyanın çeçenlərə qarşı soyqırımı siyasətini qınayıb”. Ali Radanın plenar iclasında səsə qoyulan qətnaməni 287 xalq deputatı dəstəkləyib. Qətnamədə qeyd olunub ki, “Ali Rada Rusiya Federasiyası tərəfindən Çeçen İçkeriya Respublikasına qarşı birinci (1994-1996-cı illər) və ikinci (1999-2009) müharibələr zamanı törədilmiş cinayətləri, çeçen xalqına qarşı soyqırımı siyasətini qınayır”. Qətnamədə bu siyasətin çar rejiminin 1817-1864-cü illər, həmçinin sovet hökumətinin 1944-cü illərdə törətdiyi “cinayətkar əməllərlə oxşarlıq təşkil etdiyi” vurğulanıb.

Politoloq Vasif Əfəndiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna radasının Çeçen İçkeriya respublikasının müstəqilliyini tanıması çeçen xalqının azadlıq mübarizəsinə stimul verəcək.

Vasif Əfəndiyev Vasif Əfəndiyev

“Çeçen xalqının “azadlıq mübarizləri” hazırda xarici ölkələrdə aktiv təbliğat aparırlar. Çeçenistan qəhrəmanı Cövhər Dudayevin xanımı Alla Dudayeva bir gün fasilə vermədən çeçen xalqının səsini dünyaya çatdırır. Mühacirətdə olan Çeçen hökuməti Avropa parlamentinə və dövlətlərinə Çeçen İçkeriya respublikasının müstəqilliyini tanımaq üçün müraciət etmişdi. Ramzan Kadırovun çeçen gənclərini zorla Ukraynaya müharibəyə göndərməsinə baxmayaraq minlərlə gənc Qazaxstan və Türkiyəyə üz tutaraq müharibədən yayınırlar” - deyə politoloq bildirib. Onun sözlərinə görə, Ramzan Kadırovun Çeçenstanda mütləq hakimiyyət yaratmasına baxmayaraq, demək olar ki, ölkədə siyasi dustaq yoxdur. Müharibədən sağ qalmş mücahidlərin böyük əksəriyyəti ölkəni tərk edə biliblər. İndi onlar və onların övladları mühacirətdə Çeçen hökumətini formalaşdıraraq günlərini gözləyirlər.

“Çeçenlər bu gün fiziki olaraq məğlub edilsələr də, bu xalq Rusiyanın onlara yaşatdığı sürgünləri və müharibədə Rusiyanın törətdiyi vəhşilikləri unutmamışlar. Rusiyanın çöküşü üçün ilk zərbəni də çeçenlərin vuracağına qəti şübhəm yoxdur. Hətta Ramzan Kadırov Rusiyanın zəif düşdüyünü gördüyü an müstəqilliyini elan etməyə cəhd edəcək”,- deyə Vasif Əfəndiyev vurğulayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »