Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynadan taxıl daşıyan 13 gəmi yola çıxacaq - Türkiyə
Ukraynadan taxıl daşıyan 13 gəmi yola çıxacaq - Türkiyə

"İki gün ərzində Ukrayna limanlarını kənd təsərrüfatı məhsulları daşıyan 13 gəmi yola salınacaq".

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi cümə axşamı məlumat verib.

"Taxıl müqaviləsi çərçivəsində dünən və bu gün taxılla yüklənmiş 13 quru yük gəmisi Ukrayna limanlarını tərk edib", - nazirliyin "Twitter" səhifəsində bildirib.

Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Vahit Kirişçi cümə axşamı TRT telekanalının efirində bildirib ki, “məhsul müqaviləsi”nin icrasına başlanılan avqustun 1-dən indiyədək Ukrayna limanlarından 271 gəmi, 6,2 milyon ton kənd təsərrüfatı məhsulları dəniz humanitar dəhlizi ilə ixrac edilib.

İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Türkiyə, Rusiya, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək məqsədi ilə taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »