Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“MDB İrəvanla Bakı arasında problemlərin həllinə töhfə verə bilər” - Lavrov
“MDB İrəvanla Bakı arasında problemlərin həllinə töhfə verə bilər” - Lavrov

Rusiyalı nazir Moskvada Birlik ölkələrinin kəşfiyyat orqanlarının rəhbərlərinin görüşündə çıxış edib.

Bizimyol.info erməni mediasına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Müstəqil Dövlətlər Birliyinin formatı İrəvanla Bakı arasında mövcud olan problemlərin həlli üçün faydalı ola bilər.

Erməni mediası yazır ki, o, bu barədə Moskvada MDB-yə üzv ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı bildirib.

“Ermənistan və Azərbaycan arasındakı vəziyyəti həll etmək üçün MDB-nin dəstəyinə ehtiyac var idi”,- deyə nazir qeyd edib.

Nazir, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında, xüsusilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və ümumiyyətlə, sərhədlərin normallaşdırılmasına dair sazişlərin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına kömək məqsədilə KTMT müşahidəçilərindən istifadənin mümkünlüyünü bəyan edib.

Onun sözlərinə görə, MDB-dən də dəstək tələb olunacaq.

Xatırladaq ki, 44 günlük müharibədən düz 2 il sonra 12 sentyabr 2022-ci il tarixində Azərbaycan-Ermənistan sərhədlərində ciddi gərginlik baş verib. Nətcədə hə iki tərəf itkilər verib.

Onu da əlavə edək ki, tərəflər baş verən gərginliyə səbəbkar kimi bir-birlərini göstərirlər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »