Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aparıcı: “40 ildir qumar oynayıram”
Məşhur aparıcı: “40 ildir qumar oynayıram”

Mehmet Ali Erbil Türkiyə televiziyasının məşhur simalarındandır. O, uzun illər şou verilişlərinin aparıcısı olub. İndi belə layihələrdən uzaqdadır. Mehmet Ali Erbil ağır xəstəlikdən sonra ayağa qalxıb. Onun dediyinə görə, şou verilişlərinə baxmır. Çünki həmin proqramları daha çox sosial platformalarda izləmək olur, aparıcının isə “Youtube” portalı ilə arası yoxdur.

Bizimyol.info xəbər verir ki, verilişlərin birinin qonağı olan Mehmet Ali Erbil çox səmimi danışıb. Məşhur aparıcı keçmiş səhvlərini etiraf edib. Niyə həmin həyat epizodlarında o cür davrandığına aydınlıq gətirməyə çalışıb.

“40 ildir qumar oynayıram. Bunu inkar etmirəm. Mənim kimi qumar oynayan adam indiyə sürünməliydi, özünü körpüdən atmalıydı. Amma Allaha çox şükür ki, hər şey qaydasındadır. O qədər diqqətli oynayıram ki... Sadəcə, zövq üçün. İşim-gücüm olmayanda əmlak gəlirlərimlə, kirayə pulları ilə keçindim. Son 4 ildə pandemiya oldu, xəstəlik keçirdim. Heç kimin maaşı kəsilmədi. Xəstəxanada yatanda da aliment ödədim”.

Mehmet Ali Erbil bütün keçmiş həyat yoldaşlarının onu xəstəxanada ziyarət etdiyini bildirib. O, təkcə Sedef Altuntaşla əlaqəsinin olmadığını deyib. Mehmet Ali Erbil Sədəf xanımla bir il evli olub. Aparıcı birgə nikahdan uşaq dünyaya gəlmədiyindən emosional bağlarının olmadığını dilə gətirib.

“Bütün keçmiş həyat yoldaşlarım, uşaqlar bir-biri ilə ailə kimi davranır. İlk həyat yoldaşıma çox aşiq olmuşdum. Onda 20 yaşım var idi. Onların evində yaşamağa başladıq. Mən qaynımla eyni otaqda yatırdım. Sonra həyatda rollarımız dəyişdi. Məni pul yoldan çıxarmadı. Hətta konservatoriyada oxuyanda da hiperaktiv idim. Kaş bəzi səhvləri etməzdim. Bir dəfə yuxuda həyat yoldaşımdan ayrıldığımı gördüm. Hansının olduğunu deməyəcəyəm. Ağlayaraq oyanıb onu qucaqladım. Amma günortadan sonra gedib ona xəyanət etdim. Görünür, uşaqlıq travmaları özünü göstərirdi. Ata, ana sevgisi, demək olar, görməmişəm. Mən davranışımın səbəbini özüm üçün müəyyənləşdirdim. Sanki həmişə ehtiyatda adam saxlayıram. Birdən bu gedər, o biri olsun. Əlbəttə, çox pis davranmışam. Hamısı məni çox sevib”.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »