Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına mənfi təsir göstərir
Quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına mənfi təsir göstərir

Bu gün əksər ölkələr quru sərhədlərini birtərəfli qaydada açıblar.

Belə şəraitdə Azərbaycanın quru sərhədlərini bağlı saxlaması bir o qədər də məntiqi görünmür və hakimiyyət təmsilçiləri bunun səbəbləri barədə birmənalı izahat verməkdən yayınırlar. Görünür, pandemiyaya qarşı apardıqları mübarizəni yetərli hesab etmirlər və quru sərhədlərini bağlı saxlamaqla işlərini bitmiş hesab edirlər. Ona görə də quru sərhədlərinin nə vaxta qədər bağlı qalacağını sual altında qalır.

Quru sərhədlərin bağlanması son illərdə baş verən xəstəlikdən daha çox başqa ölkələrdə baş verən müharibənin təsiri ilə bağlı olduğunu da qeyd edirlər. Buna görə də yaxın gələcəkdə bunun nə zaman açılacağını söyləmək çətindir. Amma bütöv mənada sərhədlərin bağlanması yanlış bir addımdır. Ona görə ki, burda müxtəlif kategoriyadan olan insanlara güzəştlər tətbiq olunmalıdır. Onların xarici ölkələrə gedib gəlməsinə şərait yaratmalıdır. Birinci növbədə xəstələr, onları müşahidə eləyən şəxslər, ikinci isə tələbələr, müəllimlər və hər hansı bir şəkildə xaricdə vacib iş prosesini gərçəkləşdirən iş adamları . Bütün bunların işini məhdudlaşdırmaq işsizliyin ölkədə böyüməsinə və yoxsullaşmaya səbəb olur.

Azərbaycanın Quru sərhədlərin bağlı qalması ilə bu günə kimi kifayət qədər geniş müzakirələr aparılıb və müxtəlif versiyalar irəli sürülüb. Dövlət başçısı çıxışlarında qeyd etdi ki, pandemiya koronovirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə sərhədlərimiz bağlı saxlanılır.

Bu sözləri Bizimyol.info portalına açıqlamasında Razi Abbasbəyli deyib. Bununla belə digər müstəqil ekspertlərin irəli sürdüyü versiyalarda təhlükəsizlik baxımından önəmli olduğunu qeyd edilib.

Bəzən quru sərhədlərinin bağlı olması ilə bağlı olan bəzi versiyalar həqiqətə yaxın deyil. Hesab edirəm ki, quru sərhədlərin bağlı qalması ölkəmizin turizm sektoruna ciddi ziyan vurur. Bir tərəfdən müəyyən mənada müsbət tərəfləri ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının xaricə daşıya biləcəkləri investisiya vəsaitlərinin ölkəmizdən valyutanın çıxmasının qarşısını alır. Bununla bərabər ölkə daxilində turizm sektorunda müəyyən mənada canlanma baş verir. Hansı ki həmin o valyuta xari çıxmır, Azərbaycanın daxili turizm sektoruna yönəlir. Amma bu heç də o demək deyil ki, Azərbaycan yalnız öz vətəndaşları hesabına sağ cibindən qoyub sol cibinə qoymaqla inkişaf edə bilər, əlbətdə ki quru sərhədlərin açılması təkcə Azərbaycan vətəndaşlarının xaricə səfər etmələrindən valyutanın ölkədən çıxışına səbəb olmayacaq, eyni zamanda quru sərhədlərin açıq olması Azərbaycana da valyutanın gəlməsinə səbəb ola bilər .İran İslam respublikasından, Gürcüstandan hətta bütün dünya tərəfindən qapadılmış Rusiya vətəndaşlarının da , Bakıya gəlməsi axını ola bilərdi. Müqayisə etsək Azərbaycana gələn turistlər və onların gətirə biləcəyi valyuta Azərbaycandan çıxan valyutadan daha çox ola bilər. Bununla biz ölkəmizin həm daxili sektorunun fərqli şəkildə inkişaf elətdirə bilərdik. Təəsüf ki, təkcə Rusiya vətəndaşlarının dünyaya çıxışlarının məhdudlaşdırdığı bir şəraitdə biz bu şansdan düzgün istifadə etmədik. Müqayisə üçün deyim ki, Ermənistanda bu il Rusiyadan gələn turistlərin sayı ötən ildən müqayisədə 3 dəfəyə qədər yüksəlib. Bu analoji göstərici Gürcüstana da aiddir. Həm Ermənistanla, həm də Gürcüstanla quru sərhədlərin açıq olması Rusiya vətəndaşlarını bu ölkələrə daha çox səyahət etməsinə səbəb olmuşdur. Gürcüstanda yaşayan xeyli soydaşımız var, hansı ki onlar yay aylarında həm Gürcüstana həm də Azərbaycana səfərlər edirdilər. Quru sərhədlərin bağlı qalması sərhədyanı ərazilərdə yaşayan vətəndaşların da həyatına da mənfi təsir göstərib. Məsələn kiçik ticarətlə bağlı olaraq vətəndaşlarımız gömrük keçid məntəqələrindən istifadə etməklə kiçik gəlirlər əldə edirdilər və illərdir ki, bu gəlirlərdən həmən vətəndaşlar məhrum olublar. Quru sərhədlərin bağlı olmasında çıxış yolu kimi , yeni tədris ili başlayır deyə hava sərnişin daşımaları üzrə biletlər isə Azərbaycanda kifayət qədər bahadır. Məsələn sentyabr ayından noyabr ayına kimi Azərbaycandan xaricə təhsil almağa getmək istəyənlər üçün bir şans yaratmalıdır. İstisna hallar tətbiq etməlidir, müəyyən sənədləşmə ilə şərait yaratmalıdır. Əgər o şərait yaratmırlarsa Gürcüstandakı Azərbaycan vətəndaşlarının qarşılıqlı hərəkət marşrutları müəyyən edilməlidir. Eyni zamanda səhiyyə ehtiyacları ilə bağlı quru sərhədlərin istifadə etmək istəyən vətəndaşlara güzəştlər olunmalıdır. Bütün hallarda Azərbaycan sərhədlərinin bağlı qalması vətəndaşlar üçün ağır durum yaradır.

Havar

Son xəbərlər
Bütün xəbərlər »