Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürdəxanıdakı “Yamin qalası”nın qəribə tarixçəsi - Video
Kürdəxanıdakı “Yamin qalası”nın qəribə tarixçəsi - Video

Kürdəxanı qəsəbəsi Bakının qədim qəsəbələrindən hesab edilir. Burada türbələr, qədim hamamlar, məscidlər var. Biz isə sizə bu gün tarixi barədə əslində heç kimin məlumatı olmayan “Yamin qalası” haqqında danışacağıq. “Yamin qalası” qədim tarixə malik olmasa da, maraqlısı budur ki, tarixini kimsə bimir.

Bəzi qəsəbə sakinlərinin fikrincə, Yamin ruhi xəstə olan bir gənc olub. Bu qalanı da ona verilən sədəqələri toplayaraq tikib. Tikib ki, unudulmasın. Əslində bu versiya qalanın əhəmiyyətini azaldır.

Digər bir versiyaya görə, XIX əsrdə yaşamış Yamin adlı gənc qan düşməninin qızına aşiq olur. Ancaq bu sevda baş tutmadığı üçün Yamin öz yerindən -yuvasından uzaqlaşıb, Kürdəxanıya gəlir. Əvvəlcə 2 otaqlı evdə yaşamağa başlayan Yamin sonradan evinin üzərində qala ucaltmağa başlayır. Arzusu olur ki, o həyatda olmayan zaman hamı bu qalaya baxıb, tarixi ilə maraqlananda arxasında böyük və nakam bir sevginin olduğunu öyrənsin. Bu versiyaya görə, qala həm də “Nakam Yamin qalası” adlanır.

Başqa bir versiyaya görə, Yamin kasıb bir kəndli olduğu üçün sevdiyi qızı atası ona vermir. Sevdiyin qızın atasının istehzalı sözləri Yaminə təsir edir. O da yemir-içmir, bu qalanı tikir.  Hər bir halda Kürdəxanıda ucalan Yamin qalası çoxunun yadında nakam sevgi tarixçəsi ilə qalıb.

Qalanın əhəmiyyətli hesab edilməməsi, tarixi abidə kimi qəbul edilməməsi bu gün onun sıradan çıxıb dağılması ilə nəticələnir. Kənd sakinlərinin qalanı tamamilə məhv etməyə əli gəlmir. Bəziləri də bunun düşər-düşməzi olduğunu hesab edir. İnsanlar düşünür ki, əgər bu qalanı yıxıb yerində ev və ya obyekt tiksələr xeyir görməyəcəklər. Onlar da elə Yaminin taleyini yaşayacaqlar.

Diqqətdən kənarda qalmağa davam edərsə, çox yox bir on il sonra qaladan əsər əlaməət qalmayacaq. Qala dağılacaq və torpağa qarışacaq. Qala, tarixi abidə olmadığı üçün dövlət qurumların müraciət edib, bərpa edilməsini tələb etmək də olmur.

Etiraf edək ki, sıradan bir vətəndaş tərəfindən tikilmiş olsa da, Yamin qalası da tarixdir. O, özündə bir sevgi hekayəsi daşıyır. Hətta evlənməyi düşünən gənclər də bu qalaya ziyarətə gəlir...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »