Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Qol şanslarından yararlana bilmədik"
Qurban Qurbanov: "Qol şanslarından yararlana bilmədik"

"Ağır oyun oldu. Rəqib necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız oldu. Amma yararlana bilmədik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis müdafiədən oynayan kollektivə qarşı çıxış etdiklərini bildirib: "Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik".

Qurbanov futbolda aqresiyanın çoxaldığını söyləyib: "Səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Səbrlə oyunumuzu başa vurduq. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Cavab görüşündə onları sevindirməyə çalışacağıq".

Son xəbərlər
Bütün xəbərlər »