Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin artıq öz həyatı uğrunda mübarizə aparır"
"Putin artıq öz həyatı uğrunda mübarizə aparır"

Hazırda Rusiya prezidenti Vladimir Putin artıq geosiyasi məqsədlər və Ukraynanın dağıdılması üçün deyil, öz həyatı uğrunda mübarizə aparır. Rusiya ordusu ilkin olaraq qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcəyini artıq sübut edib.

Bizimyol.info xəbər verir ki,  bu fikirləri Kanal 24-ün efirində rusiyalı publisist və müxalif siyasətçi Andrey Piontkovski deyib. Onun fikrincə, Putin Ukryana Silahlı Qüvvələrinin əks-hücumunu dayandırmaq və Rusiyada siyasi fəlakətə səbəb olacaq Xersonun azad edilməsinin qarşısını almaq üçün atəşkəs əldə etməyə çalışır.

Andrey Piontkovski Andrey Piontkovski

“Putin “Ukrayna məsələsində” bir sıra ciddi səhvlərə yol verib və səhhətinə görə daha prezidentin vəzifələrini yerinə yetirə bilmir”-deyə Piontkovski qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya hərbi komandanlığının Xersondan qaçdığı bildirilmişdi. Prezident Aparatı rəhbərinin müşaviri Arestoviç  isə bildirib ki, Rusiya prezidenti Putin Ukrayna ilə barışmağa  yalvarmaq üçün Qərbə “elçilər” göndərib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç Kremlin Rusiya xalqına öz ordusunun Ukraynadan, xüsusən də Xerson vilayətindən qaçması xəbərini necə verəcəyi ilə bağlı variantlar irəli sürüb.

"Medvedev işdən çıxarılacaq - sual yoxdur. Çünki o aktiv içki aludəçisidir”,- deyən Arestoviç vurğulayıb ki, hal-hazırda Ukrayna  NATO-da deyil və baş verənlər yalnız Ukraynanın bacarığıdır.

Aleksey Arestoviç Aleksey Arestoviç

“Məhv edilmiş hərbi texnika, vurulmuş tanklar və təyyarələr... Biz onların silah ehtiyatlarını az qala tamamilə məhv etmişik. Biz bunu bacardıq. Bütün tapşırıqlar yerinə yetirilib”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »