Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha altı gəmi Ukraynadan taxıl ixracına qoşulub
Daha altı gəmi Ukraynadan taxıl ixracına qoşulub

Rusiyanın genişmiqyaslı işğalının altıncı ayında daha altı gəmi Ukraynadan taxıl ixrac etməyə icazə alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Birgə Koordinasiya Mərkəzi bu gəmilərin Qara dənizdəki Dəniz Humanitar Dəhlizindən keçməsinə icazə verib. Onlar Rusiya işğalının əvvəlində blokadaya salınmış Ukraynadan taxıl çıxaracaqlar.

Bu gəmilərdən ikisi, MV Kafkam Etler və MV Zelek Star, artıq Mərmərə dənizində yoxlanılıb. Yaxın vaxtlarda daha dörd gəmi - MV Great Arsenal, MV Zumrut Ana, MV Ocean S, MV Kubrosliy yoxlanılacaq.

Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın Odessa, Çornomorsk və Yujnı limanlarının blokunun açılmasına dair saziş imzalanıb. Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT və Türkiyə ilə ayrı-ayrılıqda eyni sazişlər imzalayıblar.

Sazişlərin icrası çərçivəsində avqustun 1-də Syerra-Leone bayrağı altında üzən RAZONI adlı ilk gəmi Odessa limanından yola düşüb. Gəmi 26 min ton Ukrayna qarğıdalısını Livanın Tripoli limanına aparırdı.

Avqustun 5-də Böyük Odessa limanlarından Ukrayna taxılı olan ilk gəmi karvanı yola düşdü. Üç yük daşıyıcısı NAVI STAR, ROJEN və POLARNET Türkiyə, Böyük Britaniya və İrlandiyaya gedən 57.000 ton Ukrayna qarğıdalı daşıyır.

Avqustun 9-da daha iki gəmi Çernomorsk limanından 70 min ton ərzaqla yola düşüb.

Avqustun 11-nə olan məlumata görə, humanitar dəniz dəhlizləri vasitəsilə ümumilikdə 375 min tona yaxın taxıl Ukraynadan çıxarılıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »