Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eynək və linzaların dövrü bitdi
Alimlərin yeni kəşfi böyük ümidlər vəd edir, belə ki, gözün daxilinə yerləşdirilən bionk linza eynək və kontakt linzaları tam əvəz edəcək.

Kanadanın Ocumetics Technology Corporation kompaniyası Bionic Lens adlı yeni məhsulun kliniki sınaqlarını keçirir.

Bizimyol.info xəbər verir ki, sınaqlar uğurla nəticələnərsə artıq 2 ildən sonra bionik linza geniş şəkildə istifadə oluna biləcək.

Bionic Lens çox da mürəkkəb olmayan cərrahi əməliyyatın köməyi ilə göz büllurunu əvəz edəcək. Əməliyyatdan sonra insan problemsiz yaxşı görməni əldə edəcək.

Bionik linzanın imkanları göz büllurundan daha üstündür. Bundan əlavə bionik linza göz yorğunluğu kimi problemi həll edəcək.

Son xəbərlər
Bütün xəbərlər »