Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Allahşükür Paşazadə II İliyanı azad edilmiş ərazilərdə dualar etməyə dəvət edib
Allahşükür Paşazadə II İliyanı azad edilmiş ərazilərdə dualar etməyə dəvət edib

Tbilisidə səfərdə olan Qafqaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstanın Patriarxı II İliya tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.

APA xəbər verir ki, təltifetmə mərasimində çıxış edən Paytiarx II İliya bildirib ki, Azərbaycan və Gürcüstan arasında möhkəm dostluq və qardaşlıq əlaqələri var.

“Bizim dostluğumuza heç kim və heç nə toxuna bilməz, dostluğumuz əbədidir. Bəzi məsələlərin müzakirəyə ehtiyacı var və biz əminik ki, bu həll oluna bilər. Biz mühüm bir qərar qəbul etdik və sizi Gürcüstan ordeni ilə təltif edəcəyik",-deyə II İliya bildirib.

Hacı Allahşükür Paşazadə isə öz növbəsində təltifə görə təşəkkür edib və bildirib ki, bu, iki dövlət və xalq arasında dostluq və qardaşlığın göstəricisidir. O, iki ölkənin dövlət başçısı arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğunu vurğulayıb.

Hacı Allahşükür Paşazadə II İliyanı Azərbaycana səfər edərək azad edilmiş əraziləri ziyarət etməyə, orada dualar etməyə dəvət edib.

Son xəbərlər
Bütün xəbərlər »