Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinin 3 məqsədi var, amma onlardan çox uzaqdır"
"Putinin 3 məqsədi var, amma onlardan çox uzaqdır"

Britaniya Xarici Kəşfiyyatının (MI6) rəhbəri Riçard Mur 400-ə yaxın Rusiya casusunun rus dilində diplomat kimi işlədiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Murun sözlərinə görə, Rusiyanın kəşfiyyat imkanları yarıya enib və 400-ə yaxın casus Avropa qitəsini tərk edib.

Mur bəyan edib ki, Putinin planının üç mühüm məqsədi Zelenskini devirmək, Kiyevi ələ keçirmək və NATO alyansı daxilində parçalanma yaratmaqdır. Putinin hər üç məqsədinin hələ reallaşmadığını və həyata keçməkdən çox uzaq olduğunu ifadə edən Mur təxminən 15 min Rusiya əsgərinin həyatını itirdiyini vurğulayıb. NATO daxilində parçalanma yaratmaq məqsədinə gəlincə, Mur birliyin əvvəlkindən daha möhkəm birləşdiyini vurğulayıb.

Mİ6-nın rəhbəri Riçard Mur proqnozlaşdırıb ki, yaxın həftələrdə Rusiya Ukraynada qoşun və sursat çatışmazlığı ilə üzləşəcək, onun irəliləməsində fasilə olacaq və bu, Ukrayna üçün imkanlar yaradacaq.

Həmçinin Mur, “Beş Göz” kəşfiyyat ittifaqı çərçivəsində əldə edilən məlumatlara əsasən, Putinin xəstə olduğuna dair heç bir dəlil olmadığını bildirib.

Forumda çıxış edən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam J.Burns eyni bəyanatla çıxış edərək Putinin xəstə olduğuna dair heç bir dəlil olmadığını bildirib.

Qeyd edək ki, “Beş Göz” ABŞ-Böyük Britaniya-Avstraliya-Kanada-Yeni Zelandiya arasındakı kəşfiyyat ittifaqıdır.

Xatırladaq ki, müharibənin ilk günlərindən Kreml Kiyevə hücum etsə də, uğursuz alındı. Öz gücünü həddən artıq çox qiymətləndirən Rusiya ordusu acı reallıqla üzləşdi. 4 aydır davam edən müharibədə Rusiya hələ də ciddi uğurlara imza ata bilməyib. Son günlərdə isə Ukrayna qüvvələri təşəbbüsü ələ alıblar. ABŞ-ın Ukraynaya göndərdiyi HİMARS raket sistemləri vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Hazırda Ukrayna ordusunun Xersonu azad etmək üçün əks-hücuma hazırlaşdığı bildirilir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »