Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Melaniya Trampın “Konqres basqını” açıqlaması: "Bilmirdim"
Melaniya Trampın “Konqres basqını” açıqlaması: "Bilmirdim"

ABŞ -ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp 2021-ci il yanvarın 6-da Konqresin reydi zamanı baş verənlərdən xəbərsiz olduğunu və Ağ Evdəki arxivləri təşkil etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Fox kanalında iştirak etdiyi proqramda Tramp bildirib: “O dövrdə ABŞ-ın birinci xanımı kimi mənim vəzifəm olan arxivlə maraqlanırdım. Mən konqres binasında nə baş verdiyindən xəbərsiz idim. Təbii ki, vəziyyəti öyrənsəydim, Konqresdəki şiddəti pisləyərdim”.

Melaniya Trampın ona məlumat vermədiyi üçün tənqid etdiyi Ağ Evin keçmiş rəsmisi Stefani Qrişam isə onun dediyi hər şey cəfəngiyat adlandırıb.

Digər tərəfdən, ABŞ mətbuatı Trampın dediyi kimi arxivləşdirmənin birinci xanımın işi olmadığına diqqət çəkib.

Xatırladaq ki, 2020-ci ilin noyabrında keçirilən prezident seçkilərində Co Baydenə məğlub olan, lakin səslərin oğurlandığını iddia edərək məğlubiyyəti qəbul etməyən Donald Trampın tərəfdarları 6 yanvar 2021-ci ildə Konqres binasına basqın ediblər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »