Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden koronavirusa yoluxub, demensiyası da inkişaf edir
Bayden koronavirusa yoluxub, demensiyası da inkişaf edir

ABŞ Prezidenti Co Bayden bir neçə dəfə güçlü vaksinasiya etdirməsinə baxmayaraq koronavirusa yoluxub.

Bizimyol.info xəbər verir ki, bu barədə ötən gün Ağ Evin mətbuat katibi Karina Jan Pier açıqlayıb. Qeyd edək ki, bəzi məlumatalara görə, Bayden bir dəfə tam peyvənd olunub və əlavə iki peyvənd vurdurub.  Bu səbəbdən də xəstəliyi yüngül şəkildə keçirir.

Bayden müalicə müddəti üçün Ağ Evdə təcrid olunub, o, vəzifələrini uzaqdan yerinə yetirməyə davam edəcək. Testlər mənfi nəticə göstərənə qədər telefon və Zoom vasitəsilə planlaşdırılmış görüşlərdə iştirak edəcək. Mütəxəssislərin fikrincə, Bayden indi bütün dünyada yayılmış omikron ştammının yoluxub.

Xatırladaq ki, Bayden bir müddət əvvəl xərçəng xəstəliyindən əziyyət çəkdiyini də etiraf edib. O bu barədə iqlim dəyişikliyi ilə bağlı böhranın nəticələrinin aradan qaldırılmasına həsr olunmuş görüşdə danışıb.

Prezident bir çox neft emalı zavodlarının yerləşdiyi Delaver ştatının Kleymont şəhərində böyüyüb. Ağ Ev, Baydenin vəzifəyə başlamazdan əvvəl qeyri-melanoma tipli dəridəki xoşxassəli yenitörəmələrdən əziyyət çəkdiyini müəyyən etmişdi. Mətbuat həm də Baydenin demensiya olduğunu da iddia edir. Demensiya yaşlılıqla meydana gələn əqli çatışmazlıq, unutqanlıq deməkdir.

Dünya mətbuatı Amerika prezidentinin çoxsaylı xəstəlikləri haqqında mütəmadi olaraq xəbərlər dərc edir. Məsələn, ötən il onun şəxsi həkimi Kevin OKonnor prezidentin boru adenomasının çıxarıldığını demişdi.  Bu, potensial olaraq xərçəng qabağı hesab edilən xoşxassəli böyümədir, lakin həkimin fikrincə, bu, prezidentin xüsusi terapiyaya ehtiyacı olduğu anlamına gəlmir.

Həmçinin, OKonnora görə, Bayden arterial fibrilasiya, hiperlipidemiya (yüksək qan piy), qastroezofagial reflu, mövsümi allergiya, ayaqların yüngül sensor neyropatiyasından əziyyət çəkir. Bütün bunlara baxmayaraq, o "sağlam və enerjili insan" olaraq qalır. Lakin OKonnorun həmkarları onunla razılaşmır. Bəziləri onu zəif, bərbad, ağlını itirmiş qoca hesab edir. Məsələn, “American Thinker” jurnalında yazan J.Baker Baydenin yenidən seçiləcəyi təqdirdə ikinci müddətə qədər yaşaya bilməyəcəyini iddia edir. O, hesab edir ki, prezidentin demensiyası inkişaf edir. Orta hesabla, demensiyalı bir insan diaqnozdan sonra dörd ildən bir qədər çox yaşaya bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »