Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taxıl məsələsi üzrə saziş bu gün İstanbulda imzalanacaq
Taxıl məsələsi üzrə saziş bu gün İstanbulda imzalanacaq

Ukrayna taxılının dəniz yolu ilə ixracı ilə bağlı müqavilə bu gün Türkiyədə imzalanacaq.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ali Radanın Avropa Həmrəyliyi fraksiyasından olan deputatı Aleksiy Qonçarenko Telegramda və Türkiyənin “Yeni Şafak” nəşrində məlumat verib.

"Taxıl məsələsi ilə bağlı yekun sənəd sabah saat 16.30-da İstanbulda imzalanacaq. Müqavilənin tərəflərindən biri BMT olacaq, imzalanma mərasimində baş katib Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək ”,- deyə Qonçarenko dünən axşam yazıb.

Türkiyə mətbuatı yazır ki, Prezidentin Rabitə İdarəsinin məlumatına görə, bu gün saat 16.30-da Dolmabağça ofisində Ukrayna və Rusiya tərəflərinin, prezident Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının baş katibinin iştirakı ilə taxılın daşınmasına dair sazişin imzalanması mərasimi keçiriləcək.

Qeyd edək ki, iyulun 3-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında Ukrayna taxılının ixracının təmin edilməsi üçün danışıqlar başlayıb. Bundan sonra taxıl və digər kənd təsərrüfatı məhsullarını yükləmək üçün Ukrayna limanlarına ilk yük gəmiləri göndərilib.

Bir müddət əvvəl isə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələri arasında Ukrayna taxılının ixracının qarşısının alınması ilə bağlı əsas texniki məsələlərin razılaşdırıldığı görüşün nəticələrini açıqlayıb.

“Müsbət və konstruktiv şəraitdə keçən görüş nəticəsində bütün tərəflərin nümayəndələrinin iştirak edəcəyi koordinasiya mərkəzinin yaradılması, limanda və gəliş nöqtələrində və naviqasiya təhlükəsizliyinin təmin edilməsində, dənizdən çıxışda birgə nəzarət kimi əsas texniki məsələlər razılaşdırılıb” deyə qeyd edilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »