Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin qələbəni ad günündə elan edəcək, diktatorlar bunu sevirlər"
"Putin qələbəni ad günündə elan edəcək, diktatorlar bunu sevirlər"

Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də - doğum günündə Ukraynaya qarşı müharibədə qələbəni elan edə bilər.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu fikri rusiyalı müxalifət lideri Qarri Kasparov “Obozrevatel” nəşrinə müsahibəsində bildirib. Kasparov qeyd edib ki, diktatorlar yubileyləri və hər cür “əhəmiyyətli” tarixləri sevirlər.

Putin isə oktyabrın 7-də 70 yaşını qeyd edəcək. "Mən əminlikdə deyə bilərəm ki, oktyabrın 7-də, yəni Putinin yubileyində qələbə elan ediləcək. Diktatorlar yubileyləri çox sevirlər. Onun 70 yaşı tamam olacaq. Və bu onun üçün çox önəmli tarixdir”,- deyə Kasparov bildirib.

Harri Kasparov Harri Kasparov

Onun sözlərinə görə, əslində Kreml müharibədə qalib gələ bilməyəcəyini anlayır. “Mənim fikrimcə, artıq onlarda sağlam düşüncə formalaşıb. Bilrilər ki, müharibədə planlaşdırdıqları kimi qələbə çala bilməyəcəklər. Bu isə o deməkdir ki, zəbt etdikləri əraziləri artırmaq, müharibəni dərinləşdirmək və Putinin düşüncələrində qurduğu kimi güclü mövqedən çıxış etmək lazımdır”,- deyə o vurğulayıb.

Müxalifətçinin sözlərinə görə, yaxın bir neçə həftə həlledici olacaq. Belə ki, Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsi ola bilər. O qeyd edib ki, Ukraynanın son bir neçə gündə əldə etdiyi uğurlar Rusiya Federasiyasının hücumunu ləngidib və işğalçılar arasında çaxnaşma yaradıb.

Xatırladaq ki, bir müddət əvvəl, HIMARS cəbhədə oyun qaydalarını dəyişib. Artıq Ukrayna Silahlı Qüvvələri düşmənin mövqeyini mümkün qədər çətinləşdirə bilir. Xarkov və Zaporojye yaxınlığındakı Xerson vilayətində əks hücuma keçmək üçün Rusiya artilleriyasında bir neçə həftəlik sakitlik yaranıb. Eyni zamanda Ukrayna ordusu da Xersonu azad etmək üçün əks-hücum planları qurur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »