Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Belarusla sərhədə ordu toplayır
Polşa Belarusla sərhədə ordu toplayır

Polşa Belarusla sərhəddə yeni hərbi qarnizonlar yerləşdirməyi planlaşdırır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, müvafiq qətnamə layihəsi artıq idarələrarası məsləhətləşmələrə təqdim edilib. Məlumata görə, bütün Polşa ərazisində iki yeni - Biala Podlaska və Katovitse daxil olmaqla 106 hərbi qarnizonu fəaliyyət göstərəcək.

Sonuncular Chorzou, Dąbrova Gornicza, Javorzno, Katovice, Myslovice, Ruda Slanska, Sosnoviec, Svietochlovice və Tychy kimi şəhərlərin ərazilərinə nəzarəti təmin edəcək. Bundan əlavə, orada ali baş komandanın qərargahının yerləşdirilməsi də nəzərdə tutulub. Qeyd olunur ki, bu tədbirlər Polşa ordusunun sayını artırmaq və Belarusla sərhədə yaxın hərbi infrastrukturu genişləndirmək məqsədi daşıyır.

Bir müddət əvvəl qeyd edilridi ki, Polşada ərazi müdafiə briqadaları yaradılmağa başlanıb. Müdafiə naziri Mariuş Blaşçak Varşavada, eləcə də Ukrayna ilə sərhədə yaxın yerləşən Çelm və Przemışl şəhərlərində yeni birləşmələrin yaradılması və cəlb olunduğunu açıqlamışdı. Ötən ay Polşanın hakim “Qanun və ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski bəyan edirdi ki, ölkə hakimiyyəti ordunun sayını 2,5 dəfədən çox böütmək qərarına gələrək onların sayını 150 mindən 400 minə qədədr artırıb.

Eyni zamanda ölkə zərurət yaranarsa, təhlükəyə qarşı müqavimət göstərə bilmək üçün daha modernləşdirilmiş silahlar almağı planlaşdırır. Xatırladaq ki, iyun ayında Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov qeyd etmişdi ki, Polşa Ukraynanın hesabına sərhədlərini genişləndirir.

Bir müddət əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Kiyev polşalıların ölkəni ələ keçirməsini qanuniləşdirmək istəyir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »