Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-ın müdafiə sistemləri Odessada Rusiyanın qarşısını alacaq"
"ABŞ-ın müdafiə sistemləri Odessada Rusiyanın qarşısını alacaq"

Qərb rəsmiləri hesab edir ki, 2023-cü ilin əvvəlində Rusiya Odessanı ələ keçirmək üçün növbəti cəhdlə daha genişmiqyaslı hücuma keçəcək.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə “Foreign Policy” ABŞ və Avropanın rəsmilərinə istinad etdiyi “Rusiya Odessaya göz dikir” məqaləsində yazır.

Rəsmilərin fikrincə, gələn il Ukraynalılar Rusiyanın daha ciddi hücumu ilə üzləşə bilərlər. “Biz onlara nəinki texnika, həm də bundan sağ çıxmağa çalışmaq üçün insanlar, yaxşı təlim keçmiş insanlar da vermək üçün hər şeyi etməliyik",- deyə qeyd edilib.

Qeyd edək k, Odessanın dünya tranzitində payı qarğıdalı üzrə altıda bir, buğda üzrə isə səkkizdə bir təşkil edir. Məqalədə qeyd edilir ki, Rusiya Federasiyası şəhəri ələ keçirsə, bu, Ukrayna üçün "strateji cəhətdən fəlakətli" vəziyyət olacaq. Belə ki, şəhərin ələ keçirilməsi Ukraynanın o zamana qədər həyata keçridiyi hərbi səylərinə sarsıdıcı zərbə vuracaq və Moskvaya dünyanın həyati əhəmiyyətli ərzaq ehtiyatlarına nəzarət etmək imkanı yaradacaq. Nəşr bildirir ki, Ukraynanın sərt müqaviməti, Qərbin hərbi yardımı və Moskvanın səhvləri fonunda, Odessanı işğal etmək işğalçıların müharibənin növbəti mərhələsində prioritetinə çevrilsə belə, hələ ki, sual altındadır.

Pentaqonun keçmiş rəsmisi və hazırda Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin Avropa təhlükəsizlik eksperti Cim Tovnsendin fikrincə, Ukraynanın bu cənub bölgəsini möhkəmləndirmək üçün vaxt qazandığını nəzərə alsaq, Rusiya üçün Odessanı tutmaq çətin olacaq. ABŞ-ın müdafiə sistemləri Rusiya donanmasının qarşısını ala biləcək.

Xatırladaq ki, ötən gün Ağ Ev Moskvanın təkcə Ukraynanın şərqində deyil, həm də ölkənin cənubunda işğal olunmuş əraziləri “ilhaq etmək” planı barədə xəbərdarlıq edib. Rusiya demək olar ki, hər gün Odessa bölgəsini raketlərlə vurur. Bu mövsüm orada çimərliklər bağlanıb və dəniz minaları da daxil olmaqla minalanıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »