Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN İraqa cavab verib: “Terrorla mübarizəni beynəlxalq hüquq normalarına uyğun olaraq aparırıq”
Türkiyə XİN İraqa cavab verib: “Terrorla mübarizəni beynəlxalq hüquq normalarına uyğun olaraq aparırıq”

Türkiyə İraqın Dohuk əyalətinin Zaho rayonunda baş verən və 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücumu pisləyir.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Türkiyə mülki şəxsləri hədəf alan hər cür hücuma qarşıdır.

“Türkiyə terrorla mübarizəni beynəlxalq hüquq normalarına uyğun olaraq, mülki əhalinin, infrastrukturun, tarixi-mədəni sərvətlərin və təbiətin qorunmasına son dərəcə həssas aparır. Günahsız insanları hədəf alan və terror təşkilatı tərəfindən törədildiyi hesab edilən bu cür hücumlar ölkəmizin terrorla mübarizədəki ədalətli və qətiyyətli mövqeyini hədəf almaqdadır”, - deyə bildirilib.

Bəyanatda Türkiyənin həqiqəti üzə çıxarmaq üçün hər addımı atmağa hazır olduğu vurğulanıb.

“İraq dövlət rəsmilərini xain terror təşkilatının ritorikasının və təbliğatının təsiri altında bəyanatlar verməməyə və bu fəlakətli hadisənin əsl səbəbkarlarının üzə çıxarılmasında əməkdaşlığa dəvət edirik”, - deyə bəyanatda bildirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »