Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hər bir ölkəyə daxili siyasət üçün müsbət beynəlxalq fon lazımdır"
"Hər bir ölkəyə daxili siyasət üçün müsbət beynəlxalq fon lazımdır"

“Azərbaycanda bütün istiqamətlərdə inkişaf göstəricilərinin müşahidə olunması artıq tendensiya halını alıb. Bu, təbii ki, hər şeydən öncə düzgün, mövcud reallıqlardan çıxış olunaraq həyat fəaliyyətinin müxtəlif sahələrində reallaşdırılan siyasətin nəticəsidir. Azərbaycan Prezidenti bütün istiqamətlərdə həyata keçirilən siyasətin və fəaliyyətin konseptual əsaslarının işlənib hazırlanması məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı da qeyd etdiyi kimi, bütün istiqamətlər üzrə qarşıya qoyulmuş məqsədlərə uğurla çatılıb. Ayrıca olaraq, beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində Azərbaycanın iştirakı olduqca effektivdir. Ölkə Prezidenti beynəlxalq nüfuzumuzun artmasına işarə edərək Qoşulmama Hərakatındakı uğurları xüsusi qeyd etdi. Bildiyimiz kimi, Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda təşkilatın keçirilən zirvə toplantısından sonra sədrliyi 2022-ci ilə qədər öz üzərinə götürüb”.

Bu barədə Bizimyol.info xəbər portalına deputat Elşad Mirbəşir oğlu dnaışıb. O, qeyd edib ki, Qoşulmama Hərakatına üzv dövlətlərin xahişi ilə Azərbaycanın sədrliyi 2023-cü ili də əhatə edəcək. Bu da təbii ki, Hərakat çərçivəsində Azərbaycanın səmərəli fəaliyyətinin göstəricisidir. Ölkəmizin sədrliyi dövründə Bandunq prinsiplərinin dünyada tanıdılması, ümumiyyətlə, Qoşulmama Hərakatının qlobal məsələlərin həlli istiqamətindəki fəaliyyətində ciddi canlanma müşahidə olundu. Məhz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Hərakata üzv dövlətlərin təmas qrupunun toplantısı keçirildi.

Xüsusi olaraq, vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin təşəbbüsləri əsasında Qoşulmama Hərakatının institusional cəhətdən təkminləşməsi də müşahidə olunmaqdadır. Məsələn, Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması bariz nümunədir. Yəni Azərbaycanın tərəfinin təşəbbüsləri Qoşulmama Hərakatında həmrəyliyi gücləndirməyə, əməkdaşlığı daha genişləndirməyə xidmət etmişdir. Azərbaycanla tərəfdaşları arasında əməkdaşlığın daim konstruktiv məcrada inkişaf etməsini şərtləndirən başlıca amil ölkəmizin malik olduğu böyük potensialla yanaşı, həm də sözü ilə əməlinin həmişə üst-üstə düşməsindən ibarətdir. Ölkə Prezidenti müşavirədə həm də Türk Dövlətləri Təşkilatında Azərbaycanın böyük fəallıq göstərməsini xatırlatdı. Bu platformada ölkəmiz müxtəlif istiqamətlərdə əməkdaşlığı həm təşviq edir və mövcud əməkdaşlıq sisteminin daha da inkişaf etməsi üçün ciddi fəaliyyət göstərir. Eləcə də region dövlətlərlə uğurlu əməkdaşlıq qurmağımız da Prezident tərəfindən vurğulandı. Prezident beynəlxalq arenada uğurlu fəaliyyətin daxili siyasətə müsbət təsir etdiyini vurğuladı. Belə ki, cənab İlham Əliyev müşavirədə dedi: “Hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada”.

Deputatın fikrincə, müşavirədən yadda qalan vacib məqamlardan biri də ondan ibarət oldu ki, Azərbaycan Prezidenti Ermənistana növbəti dəfə xəbərdarlıq edərək, status haqqında danışmağın təhlükəli olduğunu bildirdi. Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamə ilə öz üzərinə öhtəliklər götürüb. Lakin bu öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Azərbaycan isə üzərinə götürdüyü öhtəliklərə həssas yanaşır. Məsələn, ölkəmiz Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət edir. Prezident Ermənistanın son dövrlərdə intensiv olaraq status məsələsini qabartdığını vurğuladı. Bunun Ermənistan üçün təhlükəli olduğunu bildirməklə, Ermənistanı növbəti konstruktiv yola dəvət etdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »