Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş Prokurorluq Bərdə zorlama işi üzrə təqsirləndirilən şəxslə bağlı məlumat yayıb
Baş Prokurorluq Bərdə zorlama işi üzrə təqsirləndirilən şəxslə bağlı məlumat yayıb

"Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi" ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən qismən təkzib olunub.

Bu barədə "Bizimyol.info"ya Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda deyilir:

"Bəzi media və sosial şəbəkə səhifələrində "Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi" ilə bağlı məlumat dərc edilib.

Həmin məlumat tərəfimizdən qismən təkzib olunmaqla bildirilir ki, sözügedən şəxsin Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib.

Həmin maddənin sanksiyasında 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, 10.02.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsə sanksiya həddində olan 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması istənilib, lakin Bərdə rayon məhkəməsinin hökmü ilə ona bəraət verilib.

​Qeyd edilən hökmdən dövlət ittihamçısı tərəfindən 15.02.2022-ci il tarixdə apellyasiya protesti verilib və hazırda iş Gəncə Apellyasiya məhkəməsinin icraatındadır".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »