Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 151 nəfər müalicə olunaraq sağalıb, 9716 nəfər vəfat edib, aktiv xəstə sayı 118 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2189, bu günə qədər isə ümumilikdə 6 936 343 test aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »