Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Türkçülük günüdür: Böyük Turan arzusunun dirəniş günü...
Bu gün Türkçülük günüdür: Böyük Turan arzusunun dirəniş günü...

Bu gün Türkçülük günüdür. 1944-cü ilin mayın 3-də Nihal Atsız və Sabahaddin Ali arasında “İrqçilik-Turançılıq ” məhkəməsindən sonra həyata keçirilən “Ankara nümayişi”-ni xatırlamaq məqsədilə həmin tarixdən bu günə qədər mayın 3-ü Türkçülük günü kimi qeyd edilir.

Mütəxəssislərin fikrincə, Türkçülük günü ilk dəfə 1945-ci ildə Topxana Hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Toğan, Nejdet Sançar və Reha Oğuz Türkan da daxil olmaqla 10 məhkum tərəfindən qeyd edilib. Sonrakı illərdə həyata keçirilən toplantılar tarixə Türkçülük günü kimi yazılıb.

Türkoloq Məhərrəm Yelicə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İrqçilik-Turançılıq məhkəməsi 1944-cü ilin sentyabrın 7-də başlayıb, 1945-ci il mart ayının 29-na qədər davam edib. Bu məhkəmədə Türk siyasətinin öndə olan 23 adı İrqçilik-Turançılıq ittihamı ilə mühakimə edilib. Məhkəmə 65 prosesdən ibarət olub. Məhkəmə prosesləri başa çatan zaman Hüseyin Nihal Atsız, Zeki Velidi Togan, Alparslan Türkeş, Reha Oğuz Türkan, Cihat Savaş və bir neçə nəfər məsuliyyətə cəlb edilib.

Türkoloq deyir ki, bu cinayət işinin açılmasına səbəb Nihal Atsızın həmin dövrdə baş nazir olan Şükrü Saraçoğluna 1944-cü ilin mayın 1-də Orhun jurnalında yazdığı açıq məktub səbəb olub. Məktub, Nihal Atsız dövlətin daxilində komunistlərin olduğunu qeyd etmiş və Əhməd Cavad Əmrə, Sebahaddin Ali, Sədrəddin Cəlal Antel və Həsən Ali Yücel də daxil olmaqla bir neçə nəfərin adını çəkmişdi. Səbahaddin Ali, açıq məktubda yer alan həqarətlər səbəbilə Nihal Atsızı məhkəməyə verir. 1944-cü ilin mayın 3-də məhkəmə başlayır. Bu zaman Nihal Atsıza dəstək verən Turançı gənclər Ankara Meydanında İstiklal marşı oxuyaraq aksiya keçirirlər. Baş nazirlə görüşə bilməyən gənclər, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır. İddialara görə, həmin nümayişdə 165 nəfər saxlanılır. Ankara nümayişi olaraq adlanan bu hadisə zamanı Milliyətçi Hərakat Partiyasının qurucusu Alparslan Türkeş də saxlanılır. Həmin məhkəməyə isə 23 müttəhim çıxarılaraq ittiham edilir. 1945-ci ilin martın 29-da 13 müttəhim bəraət alır. Digərləri isə 10 il həbs cəzası və sürgün cəzası alırlar.

Bir müddət sonra cinayət işi Hərbi Prokurorluğa göndərilir. Ali Məhkəmə bu qərarın prosedur və mahiyyət baxımından pozulduğuna qərara verərək, həbs edilənlərin dərhal azadlığa buraxılması və cinayət işinin II Hərbi Məhkəmədə baxılması ilə bağlı qərar verir. 1945-ci il oktyabrın 26-da həbs edilənlər azad edilir. Və beləcə Türkçülər azadlığa çıxır.

1945-ci il mayın 3-də Topxana Hərbi Həbsxanasında həbsdə olan bir qurp məhbus masa ətrafında toplanaraq, 3 mayın ildönümünü qeyd etmiş və həmin vaxtdan bu günə qədər mayın 3-ü Türk milliyyətçilərinin bir ənənəsinə çevrilərək, Türkçülük günü olaraq qeyd edilməyə başlanmışdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »