Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəran və Sabirabadda əhaliyə ekoçantalar paylanılıb
Lənkəran və Sabirabadda əhaliyə ekoçantalar paylanılıb

Novruz tətili günlərində Lənkəran şəhərində və Sabirabad rayonunda yerləşən marketlərdə əhaliyə ekoçantalar paylanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, keçirilən aksiyalarda ekokönüllülər alıcılara polietilen torbaların təbiətə, sağlamlığa ziyanı barədə məlumat verib və onlara ekoçantalar hədiyyə edib.

Lənkəran və Sabirabadda əhaliyə ekoçantalar paylanılıb

"Aksiyanın keçirilməsində məqsəd polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq, alternativ vasitə olan ekoçantaları təşviq edərək onlardan istifadəyə üstünlük verməkdir".

Lənkəran və Sabirabadda əhaliyə ekoçantalar paylanılıb

S.Məmmədovanın sözlərinə görə, plastik tullantıların ətraf mühitə zərərlərinin azaldılması istiqamətində ölkəmizdə qalınlığı 15 mikrona qədər olan plastik torbaların satışı, idxalı və istehsalı 1 yanvar 2021-ci il tarixindən tam qadağan edilib. 1 iyul tarixindən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı və satışı dayandırılıb.

Lənkəran və Sabirabadda əhaliyə ekoçantalar paylanılıb

Son xəbərlər
Bütün xəbərlər »