Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alla Puqaçova və Qalkinin İsrailə köçdükləri iddia edilir
Alla Puqaçova və Qalkinin İsrailə köçdükləri iddia edilir

İnternetdə Alla Puqaçovanın əri Maksim Qalkin və uşaqları Liza və Harri ilə İsraildə çəkildiyi iddia edilən fotosu yayılıb.

Bizimyol.info xəbər verir ki, görüntüləri “NeMalakhov” Telegram kanalı yayıb.

“Alla Puqaçova ailəsi ilə birlikdə İsraili gəzir”, - deyə məlumatda bildirilir.

Mügənninin əri və uşaqları ilə birlikdə Rusiyanı tərk etdiyi bildirilir. Andrey Danilkonun sözlərinə görə, ulduzun ailəsi övladlarının gələcəyindən qorxduqları üçün Rusiyanı tərk etmək məcburiyyətində qalıblar. Məsələn, Qalkin Ukraynadakı müharibəni pislədikdən sonra onun bütün konsertləri ləğv edilib.

Qeyd edək ki, Ukraynalı rəssam Andrey Danilko bir neçə gün əvvəl bildirmişdi ki, Rusiya hakimiyyəti Ukrayna ilə müharibəyə qarşı çıxan rus ulduzlarına hədə-qorxu gəlir.

Danilko sözlərinə görə, Ukraynada müharibənin ilk günlərində Rusiyadan olan dostları Ukrayna ilə müharibəyə qarşı olduqları üçün onlara hədə-qorxu gəlindiyi barədə ona mesajlar yazıblar.

"Müharibənin ilk günü məhşurlardan biri öz səhifəsinə qara kvadrat dərc etdi. Axşam dərhal onu çağırdılar", - Danilko deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »