Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balerina Ukraynadakı müharibəyə görə "Bolşoy Teatr"ı və Rusiyanı tərk edib
Balerina Ukraynadakı müharibəyə görə "Bolşoy Teatr"ı və Rusiyanı tərk edib

Prima-balerina Olqa Smirnova "Bolşoy Teatr"ı tərk edərək Hollandiya Milli Baletinin truppasına qoşulub.

Bizimyol.info xəbər verir ki, buna səbəb rəqqasənin vətəndaş mövqeyi olub.

Tatrdan verilən məlumatda bildirilir ki, Olqa Ukraynada baş verənlərə və müharibəyə etiraz olaraq bu addımı atdığını bildirib.

"Mən bütün varlığımla müharibəyə qarşıyam. Məsələ onda deyil ki, Ukraynada hər ikinci rusun qohumları və ya dostları var. Baxmayaraq ki, Rusiyada yaşayırıq, babam ukraynalıdır, mən isə dörddə biri ukraynalıyam. Biz 21-ci əsrdə yaşayırıq. Müasir sivil dünyada siyasi məsələlər müstəsna olaraq sülh danışıqları yolu ilə həll edilməlidir.

Rusiyaya görə utanacağımı heç vaxt ağlıma gətirməzdim. Mən həmişə istedadlı rus xalqı, bizim mədəni və idman nailiyyətlərimizlə fəxr etmişəm. Amma indi həyatımı əvvəl və sonraya ayıran xətt çəkilib. Biz hərbi əməliyyatların episentrində olmasaq da, qlobal fəlakətə biganə qala bilmərik", – deyə o, teleqram kanalında bildirib.

Balerinanın Hollandiya Milli Baletinin truppasına keçidini onun direktoru Ted Brandsen belə şərh edib:

"Olqa Smirnova çox heyran olduğum görkəmli rəqqasədir. Bu illər ərzində onun karyerasını böyük maraqla izləmişəm. Belə bir balerinanı truppaya qəbul etmək bizim üçün böyük şərəfdir, baxmayaraq ki, onun qərarının şərtləri çox üzücüdür", - deyib.

Smirnov aprelin 3-də Amsterdamdakı Hollandiya Milli Opera və Balet Teatrında premyerası keçiriləcək "Raymonda" baletində Smirnov truppası ilə ilk hissəsini rəqs edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »