Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Rusiyada onlayn medianın iflic olunmasını istəyib: "Gözdən keçiririk"
Ukrayna Rusiyada onlayn medianın iflic olunmasını istəyib: "Gözdən keçiririk"

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda ölkələr rəqəmsal tərəfdən də ayrıca mübarizə aparır.

Bizimyol.info xəbər verir ki, CNBC-nin məlumatına görə, Ukrayna hökuməti, ICANN-dən Rusiyada verilmiş domen adlarını ləğv etməyi və ölkədəki ilkin domen adları sisteminin serverlərini bağlamağı xahiş edib.

Ukraynanın bu addımı Rusiya saytlarına girişi effektiv şəkildə bloklamaq məqsədi daşıyır.

Mərkəzi koordinasiya tələb edən texniki, inzibati və siyasətin inkişafı tapşırıqlarının əlaqələndirilməsi ilə məşğul olan qeyri-kommersiya təşkilatı ICANN, ICANN Ukraynadan aldıqları sorğunu təsdiqləyib. ICANN sözçüsü Angelina Lopez bildirib ki, biz məktubu qəbul etdiyimizi və gözdən keçirdiyimizi təsdiqləyə bilərik.

"Hazırda başqa şərhimiz yoxdur",- deyə Angelina Lopez vurğulayıb.

Qeyd edək ki, əvvəllər belə bir müraciətə rast gəlinməsə də, tələbin reallaşmasının mümkünlüyü ilə bağlı müxtəlif müzakirələr aparılıb. Sanksiyanın Rusiya xalqının iqtisadiyyatını iflic vəziyyətinə salacağı və Rusiya xalqının, hökumətinin Ukraynada etdiklərinin mənfi təsirlərini dərk etməsinə səbəb olacağı düşünülür. Ancaq digər tərəfdən belə bir sanksiyanın bütün dünyaya təsir edəcəyi və müxtəlif sahələrdə parçalanmaların olacağı vurğulanır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »