Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
Sakit okeanda Hunqa-Tonqa-Hunqa-Haapai sualtı vulkanının püskürməsi ada dövləti Tonqada sunami fəlakətinə səbəb olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "RNZ" məlumat yayıb.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Sunami nəticəsində bəzi bölgələrdə rabitə və elektrik enerjisi kəsilib. Tonqanın paytaxtı Nukualofanı su basıb. Baş verənlərlə əlaqədar olaraq şənbə günü axşam Tonqa kralı VI Tupou kral sarayından təxliyə edilib.

Otaqo Universitetinin geoloqu Marko Brenna bildirib ki, Tonqanın əsas adası Tonqatapu bazar günü səhər küllə örtüləcək. Alimin sözlərinə görə, onun təbəqəsinin qalınlığı bir neçə santimetrə qədər ola bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »