Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Omicron" ştammının yayılmasından sonra pandemiya azalacaq
"Omicron" ştammının yayılmasından sonra pandemiya azalacaq

Koronavirusun "omikron" ştammının geniş yayılması infeksiyaların sayının azalmasına və "COVID-19"un mövsümi xəstəliklər kateqoriyasına keçməsinə səbəb ola bilər.

Bizimyol.info xəbər verir ki, bu fikri çərşənbə axşamı "Microsof" korporasiyasının təsisçisi Bill Qeyts "Twitter"də xəstəliklə bağlı ona ünvanlanan sualı cavablandırarkən bildirib.

Qeyts vurğuladı ki, bir ölkədə "omikron" ştammının yayılması onun səhiyyə sisteminə ciddi təzyiq göstərir. “Xəstəliyin ən ağır halları peyvənd olunmamış insanlarda baş verir. Eyni zamanda, o, vurğulayıb ki, "omikron" variantı sayəsində bir çoxlarında ən azı bir il davam edəcək koronavirusa qarşı immunitet yaranacaq.

"Bir ölkədə "omikron" ştammının infeksiyası baş verən kimi, il ərzində yoluxmaların sayında azalma olacaq və "COVID"19 mövsümi qrip kimi müalicə edilə biləcək xəstəliyə çevriləcək. Gec və ya tez, biz bu qənaətə gələ bilərik ki, ildə bir dəfə koronavirusa qarşı peyvənd olunmalı olacağıq. Hazırda infeksiyanın daha yoluxucu ştammının yaranması üçün heç bir ilkin şərt yoxdur, lakin onun baş vermə ehtimalını da istisna etmək olmaz”, - deyə Qeyts bildirib.

2021-ci ilin dekabrında ÜST eksperti Maria van Kerkhove koronavirus pandemiyasının 2022-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »