Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Ayın sonunu gətirmək üçün taksi sürürdüm
Putin: Ayın sonunu gətirmək üçün taksi sürürdüm

Rusiya prezidenti Vladimir Putin, Sovet İttifaqının dağılmasından sonra yaranan iqtisadi böhrana görə taksi sürücüsü kimi çalışdığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, sənədli film üçün kamera qarşısına keçərək səmimi etiraflar edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, ayın sonunu gətirmək üçün 1990-cı illərdə taksi sürücülüyü edib.

"Bəzən əlavə pul qazanmaq üçün taksi sürməli olurdum. Bu haqda danışmaq xoş deyil, amma təəssüf ki, o vaxt belə idi", -deyə Putin bildirib.

O, Şərqi Almaniyadan aldığı “Volqa” markalı avtomobillə taksi sürücüsü olduğunu açıqlayan zaman bildirib ki, həmin vaxt başqa maşını olmayıb.

Qeyd edək ki, Putin həmin illərdə Sankt-Peterburqda mer Anatoli Sobçakın müşaviri vəzifəsində çalışıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »