Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Assanj ABŞ-a ekstradisiya edilə bilər
Assanj ABŞ-a ekstradisiya edilə bilər

London Ali Məhkəməsi ABŞ-ın WikiLeaks-in yaradıcısı Culian Assanjın ekstradisiyası ilə bağlı müraciətini təmin edib.

Bizimyol.info xəbər verir ki, "rianovosti"nin verdiyi məlumata görə, məhkəmə şikayətə oktyabrın 27 və 28-də baxsa da, qərar yalnız bu gün elan edilib.

Bundan belə nəticə çıxır ki, iş Vestminster rayon məhkəməsinə qaytarılıb, Assanj həbsdə qalacaq.

Culian Assanc Əfqanıstan və İraqda hərbi əməliyyatlar zamanı ABŞ-ın qanunsuz hərəkətlərini ifşa edən materialı ilə dünyada məşhurdur. Jurnalist hərbi əməliyyatlar zamanı dinc sakinlərin öldürülməsi, həmçinin Kubadakı Amerikanın Quantanamo həbsxanasında saxlanma şəraiti ilə bağlı məlumatları dərc edib.

2010-cu ildə İsveçdə o, təcavüz və təqibdə ittiham olunub. Assanj hər şeyi inkar edib: onun sözlərinə görə, ona qarşı müraciət edən qadınlar qisas məqsədilə və polisin təsiri altında hərəkət ediblər. Daha sonra iş bağlandı, sonra bərpa edildi və 2019-cu ilin noyabrında yenidən bağlandı.

2012-ci ilin iyun ayından "WikiLeaks"in qurucusu ekstradisiyadan qorxaraq Ekvadorun Londondakı səfirliyində gizlənir. 11 aprel 2019-cu il səhəri o, ABŞ-ın tələbi ilə saxlanılıb. O vaxtdan bəri Belmarş yüksək rejimli həbsxanadadır. Amerika tərəfi Assanca qarşı casusluq haqqında qanunun pozulması və məxfi məlumatların açıqlanması ilə bağlı 17 epizod üzrə yeni ittihamlar irəli sürüb. Ekstradisiya edilərsə, onu 175 ilə qədər həbs gözləyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »