Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lütfəli Abdullayevin ölümündən 48 il keçir...
Lütfəli Abdullayevin ölümündən 48 il keçir...

“Züleyxa mən bilmirəm sənin kimi qadınlar olmasaydı, kişilər nə edərdi? Kişiləri korlayan eşqdir. Eşq barəsində o qədər danışırlar ki, ucu-bucağı yoxdur”...

Lütfəli Abdullayevin sənətdə yaratdığı obrazlar hər zaman sevilib. Dövrünün çatışmazlıqlarını yarızarafat-yarıciddi tamaşaçısına çatdıran Lütfəli Abdullayev, hər zaman tamaşaçının sevimlisi olub.

Azərbaycan SSRİ-nin xalq artisti Lütfəli Abdullayev, 1914-cü ildə Şəki də dünyaya gəlib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcısı olan aktyor, əvvəlcə Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışır, burada kiçik məsxərələrdə və vodevillərdə oynayıblar. Sonra Bakıya gəlir. Lütfəli Abdullayevin rolu "Arşın mal alan" operettasında Vəli obrazı olur. Lütfəli Abdullayev, Milli Dram Teatrında müxtəlif rollarda oynayır. Aktyor "Aktrisanın təbəssümü", "Arşın mal alan", "Bəşir Səfəroğlu", "Böyük ömrün anları", "Əhməd haradadır?" və s. filmlərdə yer alır.

Lütfəli Abdullayev filmlərdə komedik rollar yaratsa da, həyatda çox ciddi idi.

Aktyorun qəribə sevgi tarixçəsi vardı. O, həyat yoldaşı Sevda xanımla tanış olduqdan sonra ona vurulur. Ancaq bu sevgiyə qovuşmaq, aktyorun 15 ilini alır. Çünki Sevda xanımın atası, 1930-cu illərdə “xalq düşməni” kimi ittiham edilib həbs edilən Əhməd bəy Pipinov idi. Atası bəraət alanda Sevdanın 30 yaşı var idi.

Lütfəli Abdullayev və Sevda xanım köhnə Avropa mehmanxanasında tanış olmuşdular. Sevdiyi xanıma qovuşmağı illərlə gözləyən Lütfəli Abdullayev, sevgisinə sadiq qalır və gec olsa da sevdiyi Sevda xanıma qovuşa bilir. Qızları Gülnarə və Xurşudxanım müsahibələrində danışır ki, Lütfəli Abdullayev, həyat yoldaşı Sevda xanıma ev işləri görməyə icazə verməzmiş. Sevda xanım sadəcə yemək hazırlayarmış. Lütfəli Abdullayev, ömrünün son günlərinə kimi xanımı Sevdanın bütün arzularını həyata keçriməyə çalışıb. Aktyorun ölümü də səssiz-səmirsiz olur. Gülə-gülə gedir dünyadan. Əvvəlcə dostlarına zəng edir, halallaşır və ....

Aktyor, xeyirxahlığı və hamıya əl tutmağı ilə seçilirdi. Aktyorun ölümündən sonra Sevda xanım 30 il yaşayır və bir dəfə də olsun, toy və ya şənlik məclislərində iştirak etmir. Ömrünün sonuna kimi həyat yoldaşı üçün yas saxlayır.

Səhnədəki səmimiyyəti və gülərüzü ilə seçilən Lütfəli Abdullayev, 1973-cü ildə dekabr ayının 9-da dünyasını dəyişib. Aktyorun məzarı, İkinci Fəxri Xiyabandadır. Bakıda aktyorun adına küçə və yaşadığı evin önündə baralyefi var.

Aktyorun ölümündən 48 il keçsə də, aktyor bu gün də unudulmur. Hər bir azərbaycanlı “Ulduz”, “Əhməd haradadır?” filminə baxarkən istər-istəməz aktyoru yada salacaq, Allahdan rəhmət diləyəcək. O dünyadan getdi. Və Azərbaycan, sözün əsl mənasında bir gülüş ustasını itirdi...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »