Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Əfqanıstanın Qərb banklarındakı hesabları blokdan çıxarılmalıdır
Putin: Əfqanıstanın Qərb banklarındakı hesabları blokdan çıxarılmalıdır

Rusiya prezidenti Vladimir Putin Əfqanıstanın Qərb banklarındakı hesablarını blokdan çıxarmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, o, bu barədə "Russia Calling!" İnvestisiya forumunda bildirib.

"Əfqan xalqına kömək etmək lazımdır, heç olmasa Qərb banklarında, ilk növbədə ABŞ-da olan əfqan pullarını blokdan çıxarmaq lazımdır.

Biz insanlara ən azı elementar məsələləri, məqsədyönlü şəkildə həll etmək, humanitar məsələləri həll etmək imkanı verməliyik - tibbi avadanlıqların, dərmanların alınması, uşaqlara dəstək verməliyik. Həm də əmin olmalıyıq ki, bu pullar silahlanmaya getməyəcək”, - deyə Putin bildirib.

Taliban tərəfdarları avqustun 15-də Kabili döyüşsüz ələ keçirərək Əfqanıstan ərazisinə və bütün sərhəd keçid məntəqələrinə tam nəzarət etdiklərini bəyan ediblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »