Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siqareti necə tərgitmək olar...
Siqareti necə tərgitmək olar...

Siqaret çəkmək təkcə sizə deyil, eyni zamanda tüstüsü yanınızda olan insanlara da zərər verir. Əksər insanlar, siqareti sadəcə stresi azaltmaq məqsədilə çəksələr də, bir müddət sonra bu vəziyyət ciddi şəkildə asılılığa çevrilir. Siqaret çəkməyi buraxmaq isə güclü iradə tələb edir. Heç bir üsul, iradəniz olmasa, sizə siqareti buraxmağa yardım edə bilməz. Çünki iradəli olmasanız, bu çatışmazlığı hər zaman hiss edəcəksiniz. Təbii yollarla da siqareti tərgidə bilərsiniz. Amma ilk şərt, iradəli olmaqdır.

Dietoloq Samir Quliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, siqareti tərgitmək üçün bir cədvəl hazırlamalısınız.

Aktiv olun

Pandemiya dönəmində evdən işləmək, hamımız üçün yeni bir işləmək forması olub. Bu vəziyyət, nikotin arzusunu oyandıra bilər. Aktiv olmağınız, siqareti buraxmağın ən təsirli yoludur.

Futbol, basketbol, üzmə kimi idman növləri ilə məşğul olun. Çünki aktiv bir həyat, istəklərinizi düşünməyiniz üçün olan zamanı azaldar.

Sağlam pəhriz

Siqareti tərgitməyə qərar verdiyiniz üçün sağlam bir pəhriz haqqında da, düşünməlisiniz. Qidalanmanıza təzə meyvə və tərəvəz əlavə edin. Bu zaman nikotin istəyinizi idarə edə biləcəksiniz.

Bol su için

Bol su içmək, yüksək səviyyədə detoks edə bilməyinizə yardım edəcək. Buna görə də, siqareti tərgitdikdən sonra gün ərzində 3 litr su içməlisiniz.

Yaşıl çay için

Yaşıl çay, bədəni sağlamlaşdıracaq çox əhəmiyyətli birləşmələrə sahibdir. Bu birləşmələrə görə yaşıl çay, siqareti tərgidə bilmək üçün ən əhəmiyyətli yoldur. Yaşıl çay, ağlınızı siqaretdən uzaqlaşdırmağa yardım edir. Eyni zamanda siqaretin verdiyi fəsadları da aradan qaldırır.

Vitamin C qəbul edin

Siqareti tərgitməyə başladığınız ilk həftələr, sizin üçün ən stresli bir müddətdir. Bu müddətdə dəstəyə ehtiyac hiss edəcəksiniz. C vitamininin tərkibində olan antioksidanlar, bədəninizdəki zərərli toksinləri tamamilə azaldır. Bu səbəblə, vitamin C bədənin təmizləyicisi hesab edilir. Vitamin C, bədəninizi yüksək səviyyədə təmizləyərək nikotin ehtiyacını təmin edir.

Uçucu yağlar

Siqareti buraxmaq, sizə mənəvi baxımdan çox təsir edəcək. Buna görə də, siqareti buraxmaq asan deyil. Stresli həyat, siqaret aludəçilərinin ortaq səbəblərindən hesab edilir. Uçucu yağların təsirləri, fərqlidir. Bu yağlar, zehninizi sakitləşdirir və nikotin çatışmazlığından sizi uzaqlaşdıra bilər. Siqareti buraxmağa çalışdığınız bu müddətdə nanə, lavanda və qarabibər yağını seçə bilərsiniz.

İdmanla məşğul olun

İdman, hər yaşda önəmlidir. İdman bədənin rahatlaşmasını təmin edir və siqareti buraxmaq üçün ən yaxşı üsullardan biri hesab edilir. İdman, eyni zamanda siqaret istəyini nəzarətdə saxlamağa kömək edir.

“Qeyd edim ki, bu məlumatlar sadəcə tövsiyyədir. Əgər siz ciddi şəkildə siqareti buraxmağa qərar verirsinizsə, həkimlə məsləhətləşin” - deyə dietoloq bildirib.

Sağlamlığınızı qorumaq üçün tütün məhsullarından və elektron siqaretlərdən uzaq durmağınızı tövsiyə edirik.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »