Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün qardaş Türkiyədə müəllimlər günüdür
Bu gün qardaş Türkiyədə müəllimlər günüdür

Bir çox ölkədə 1994-cü ildən bu günə qədər hər il oktaybrın 5-i UNESCO-nun tövsiyyəsi ilə müəllimlər günü olaraq qeyd edilir. Öz mədəni və tarixi xüsusiyyətlərinə və məktəblərdəki tətillərə görə, müəllimlər günü müxtəlif ölkələrdə fərqli tarixlərdə qeyd edilir. Məsələn; ərəb ölkələrində fevralın 28-i müəllimlər günüdür. Türkiyədə isə müəllimlər günü noyabrın 24-də qeyd edilir.

Qeyd edək ki, 1928-ci ildə Rəsmi Qəzetdə yayımlanan Millət Məktəbinin Təlimatnaməsinin 4-cü maddəsi ilə Başkomandan Qazi Mustafa Kamalın baş müəllim olmağı rəsmiləşdirilir. Başkomandan Qazi Mustafa Kamal Atatürkün "Başöğretmen" ünvanını  aldığı  24 noyabr günü, 1981-ci ildən Kənan Evrən tərəfindən "Müəllimlər günü" olaraq elan edilmişdi. Həmin gün Dövlət Rəhbəri olan Kənan Evrən çıxışı zamanı demişdi: “Əziz müəllimlər, 24 noyabr günü, təkcə müəllimlər günü olaraq qeyd edilməsin. Bu gün həm də ən böyük müəllim Başöğretmen Mustafa Atatürkün ideallarının reallaşdırılması günü olsun”.

Başöğretmen Mustafa Kamal Atatürk, hər zaman müəllimlərə dəyər verirdi. O, qeyd edirdi ki, dünyanın hər tərəfində müəllimlər, insan cəmiyyətinin ən hörmətəlayiq üzvləridir. Başöğretmen Atatürk deyirdi ki; "Müəllimlər bir şama bənzər. Onlar özlərini bitirərək, başqalarına işıq verirlər".

Başkomandan Qazi Mustafa Kamal Atatürk 1924-cü ilin sentyabrında, Samsunda müəllimlərə xitabən bir nitqində də müəllimlərin üstünlüyündən danışırdı: “Cümhuriyyət, sizdən “fikri azad, vicdanı azad, irfanı azad” nəsillər istəyir. Millətləri qurtaran, yalnız və yalnız müəllimlərdir. Müəllimdən, öyrədəndən məhrum olan bir millət hələ millət adını almaq istedadı qazanmayıb” - deyən Mustafa Kamal Atatürk qeyd edirdi ki, yeni nəsli fədakar müəllimlər yetişdirəcək. Yeni nəsli müəlimlərin əsəri hesab edən Başöğretmen Atatürk, qeyd edirdi ki, bu əsərlərin qiyməti, müəllimlərin bacarığı və fədakarlığının dərəcəsi ilə ölçülür. Müəllimlər hər fürsətdən istifadə edərək xalqa can atmalı, xalq ilə bərabər olmalı və xalq da müəllimin uşağa yalnız əlifba öyrədən bir varlıqdan ibarət olmadığını başa düşməlidir.

Qeyd edək ki, Atatürkün şəxsiyyət kimi formalaşmasında onu yetişdirən müəllimlərin böyük rolü olmuşdu. Bu müəllimlər, Mustafa Kamal Atatürkün müəllim olması ilə yanaşı, həmin dönəm üçün çox önəmli fikirlər ortaya atmışdılar. Atatürkün yetişməsində, xüsusilə Türkçülük düşüncələrinin yaranmasında Namiq Kamal, Ziya Gökalp, Tevfik Fikrət və Mehmet Emin Yurdakulun böyük rolü olub.

Bu gün Türkiyə, Başöğretmen Mustafa Kamal Atatürkün gününü - Müəllimlər gününü qeyd edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »