Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirliyin rəsmisi əlilliklə bağlı məsələlərə aydınlıq gətirdi
Nazirliyin rəsmisi əlilliklə bağlı məsələlərə aydınlıq gətirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin qiymətləndirilməsi və reabilitasiya, Vətən müharibəsi iştirakçılarının əlillik təyinatı və s mövzularda mətbuat konfransı keçirilib. Konfransda Anar Bayramov çıxış edib.

Bizimyol.info xəbər verir ki, Anar Bayramoc çıxışı zamanı bildirib ki, bəzi KİV və sosial şəbəkə səhifələrində dərc edilən “200 min şəxsin əlilliyi ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi məlumatlar tamamilə əsassızdır.

"Əlilliyə görə sosial ödənişin kəsilməsi halı heç bir halda baş verməyib. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də şəxsin əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan “e-sistemə” daxil edilməsi üçün lazımi tibbi sənədlərini vaxtında toplamalıdır”.

Anar Bayramov onu da qeyd edib ki, bəzən vətəndaşlar əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verirlər, göndəriş də əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olur. Belə hallar nəzərə alınaraq, bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib.

“Beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir. Yəni, ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »