Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hesablama Palatası: "İTSDA büdcədənkənar dövlət fonduna çevrilməlidir"
Hesablama Palatası: "İTSDA büdcədənkənar dövlət fonduna çevrilməlidir"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icmal büdcənin tərkib elementi olan büdcədənkənar dövlət fonduna çevrilməsi təklif olunur.

APA-nn məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi” layihəsinə rəyində əksini tapıb.

Rəydə qeyd edilib ki, hazırda mövcud olan 2 büdcədənkənar dövlət fondunun (DSMF və İSF) fəaliyyətinin təşkili ilə bağlı məsələlər mahiyyət etibarilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkilinə yaxındır.

Bu fondların və Agentliyin yaradılmasında və fəaliyyətinin davam etdirilməsində dövlət büdcəsi vəsaitlərindən istifadə edilməsi, habelə beynəlxalq təcrübədə müvafiq istiqamətin dövlət idarəetmə sektoruna aid edilməsi, bir çox ölkədə bu istiqamət üzrə daha yüksək nəzarətin təmin edilməsi məqsədilə (Fondun büdcəsinin layihəsinin və icrasının Qanunla tənzimlənməsi) İcbari Tibbi Sığorta ilə bağlı müstəqil büdcədənkənar dövlət fondunun olması diqqətə alınaraq, habelə İcbari Tibbi Sığorta Dövlət Agentliyində həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə müəyyən edilmiş məsələlər (auditin əhatə etdiyi illər üzrə Agentliyin büdcəsinin büdcə ili başladıqdan sonra tərtib edilməsi, həmin büdcələrə hüquqi aktlarda nəzərdə tutulmuş prosedurlara əməl olunmadan dəyişikliklər edilməsi və şəffaflığın təmin olunmaması) nəzərə alınaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icmal büdcənin tərkib elementi olan büdcədənkənar dövlət fonduna çevrilməsi təklif edilir.

Son xəbərlər
Bütün xəbərlər »