Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəhəng hörümçəklər Amerikanı işğal edir
Nəhəng hörümçəklər Amerikanı işğal edir

Amerikanın Corciyaştatının sakinləri ölçüsü üç metrə qədər olan tor hörən nəhəng hörümçəklərin işğalından şikayətlənirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Live Science” nəşri məlumat yayıb.

Ştatın 25 əyalətində evlər, elektrik xətləri və bitki örtüyü Yoro hörümçəkinin (Trichonephila clavata) sıx hörümçək torları ilə örtülüb. Əsasən Şərqi Asiyada yaşadığı bilinən bu invaziv növ 8 santimetr uşunluğa qədər böyüyür. Amerikada ilk dəfə bu hörümçək 2014-cü ildə Atlantanın şimal-şərqində aşkar edilib. Çox güman ki, o, ora yük konteynerində gəlib.

O vaxtdan bəri hörümçəklərin populyasiyası və onların yaşayış yerləri durmadan genişlənir və yerli sakinlər bundan rahatsız olurlar. Corciya Universitetinin entomoloqu Uill Hudson deyir: “Son illər həyətdə işləyərkən hörümçəklər məni narahat edirdi. Bu il isə bizim həyətdə yüzlərlə belə hörümçək var və onların qorxulu şəbəkəsi həqiqətən mənim həyətimi qorxu filmi dəstinə çevirir." Alim bildirir ki, o, artıq bu hörümçəklərin üç yüzdən çoxunu öldürüb.

Yoro hörümçəkləri zəhərli olsalar da, onların zəhəri yalnız qurbanı iflic etmək üçün kifayət edir və allergiya olmadığı təqdirdə insanlar, pişiklər və itlər üçün təhlükə yaratmır. Alimlərin bəziləri bu hörümçəyin Corciyada, invaziv növ olduğu üçün, ekosistemi poza bilər deyə düşünsələrdə, başqa tədqiqatçılar ondan müsbət təsir gözləyirlər. Məsələn, milçəklərin və digər zərərli həşəratların sayını azalda bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »