Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma

Xoşumuza gələn və yaxud bizi kədərləndirən yuxu gördüyümüz zaman kiməsə danışıb təsəlli almağı düşünürük. Ancaq bəzən yuxularımızı danışdığımız şəxslər, nədənsə, yuxlarımızı öz istədiklıri kimi şərh edir. Bizim arzuladığımız, eşitmək istədiyimiz sözlər isə dilindən tökülmür.

Deyilənə görə, gördüyümüz yuxular bizə bir mesajdır. Və bu mesajı necə şərh etsək, o formada bizə geri qayıdır. Bu səbəbdən də, əgər yuxunuzu etibar edəcəyiniz heç kimsə yoxdursa, suya danışın. "Suyun dili yoxdur" - deyirlər. Yəni gördüyünüz yuxu, sizə uyğun şəkildə geri dönəcək. Əgər yuxularınıza şərh istəyirsinizsə, o zaman bizi izləməyə davam edin. Gördüyünüz yuxuları bizə yazıb şərh etməyimizi də istəyə bilərsiniz.

Bu gün yuxuda sevgili görməyi sizin üçün şərh edəcəyik. Sevdiyimiz insanı tez-tez yuxuda görə bilərik. Ya onunla danışırıq, ya da bizə xəyanət etdiyini və ya ona xəyanət etdiyimizi görürük. Bəs, siz sevgilinizi yuxuda necə görmüsünüz?

Şərhlər bizdə: Əvvəlcə onu deyək ki, yuxuda sevgili görmək, xeyirə yozulan bir yuxudur. Yuxu sahibi başa düşməlidir ki, burada onun qanını qaralda biləcək heç bir mesaj yoxdur.

  • Subaysınızsa və ya bir münasibətiniz varsa, yuxuda sevgili görmək iki cür şərh edilir:  Subaysınızsa, yuxuda sevgili görürsünüzsə, bu, ailə quracağınıza işarədir. Əgər sevgiliniz varsa, yuxuda sevgilinizi görürsünüzsə, bu, sizin ona qarşı olan hisslərinizin azalacağına işarədir. Yuxuda sevgilinizlə xoş zaman keçirirsinizsə, bu, sevgilinizin yaxın zamanlarda sizin xoşunuza gələn bir addımı atacağına işarədir. Əgər yuxunuzda sevgiliniz sizinlə əsəbi davranırsa, haqqınızda xoş olmayan dedi-qoduların yayılacağına işarədir. Bu dedi-qodulara görə, sevgilinizlə problemlər yaşaya bilərsiniz.
  • Yuxuda keçmiş sevgilini görmək, sizin borca düşəcəyinizə işarə edir. Yuxunu görən şəxs evlidirsə, ailəsində müəyyən problemlər yaşana bilər.
  • Yuxuda sevgili ilə gəzmək arzularınızın çin olacağına işarədir. Bu yuxu, xoşbəxt bir evliliyin xəbərçisi də ola bilər.
  • Yuxuda həyatınızda olan bir kişi dost görürsünüzsə, ətrafınızdan biri ilə yeni bir münasibət başlaya bilər.
  • Yuxuda sevglinizin öldüyünü görürsünüzsə, içinizdə bəzi hisslərin bitdiyinə işarədir.
  • Yuxuda sevgilinizin sizdən ayrıldığını görürsünüzsə, bu, daxili inamsızlığın əlamətidir. Bu, sevgilinizlə aranızda olan problemlərin üzə vurmasıdır.
  • Yuxuda sevgili ilə dalaşmaq, yuxu sahibinin sevgilisi ilə münasibətinin daha da yaxşı olacağına işarədir. Bu yuxunu sevgilisi olmayan biri görürsə, yaxın zamanda yeni bir münasibətə başlayacağına işarədir.
  • Yuxuda sevgili ilə telefonda danışırsınızsa, bu, həsrətin işarəsidir. Sevgilinizlə aranıza bəzi məsafələr girəcək, bir-biriniz üçün çox darıxacaqsınız. Bəzən bu yuxu, rədd edə bilməyəcəyiniz bir təklif alacağınıza işarədir.
  • Yuxuda sevgilinin anasını görmək, münasibətin ciddiləşəcəyindən xəbər verir. Yuxunu sevgilisi olmayan biri görürsə, yaxın zamanlarda kiminləsə tanış olacaq. Bu, qızlar üçün elçiliyə də işarədir.
  • Yuxuda sevgilinin əlindən tutmaq, həyatınızdakı şəxsin gücənli biri olduğunun xəbərçisidir. Bu yuxu, münasibətlərin irəliləməsinə, bir-birinizə olan sevginin artmasına, doğru bir insanla tanış olmağa və xoşbəxt ailə həyatına işarədir.
  • Yuxuda sevgilini qucaqlamaq, uzun zamandır arzuladığınız bir sevgi yaşayacağınızın xəbərçisidir. Yeni biri ilə tanış olub xoşbəxt həyat yaşaya bilərsiniz.
  • Yuxuda sevgilinin üzünü görmək, səfər edəcəyinizə işarədir. Bu səfərdə müxtəlif macəralar yaşaya bilərsiniz.
  • Yuxuda sevgili ilə danışmaq, sirlərinizin ortaya çıxması deməkdir. Eyni zamanda bu yuxunu görən şəxslərə, yaxın zamanda kimsə sevgi elan edəcək.
  • Yuxuda sevgili ilə öpmək, qalmaqallı bir sevgi və sevgi acısı yaşamağa işarədir.
  • Yuxuda sevgilinizin atasını əsəbi halda görmüsünüzsə, sevdiyiniz şəxsə qarşı səhv hərəkətlər edəcəksiniz və bu onu incidəcək.
  • Yuxuda keçmiş sevgili ilə barışmaq, "heç bir zaman etmərəm" dediyiniz nə varsa, edəcəyinizə işarədir. Bu yuxu, şəxsi və maddi problemlər yaşamasına, istəklərini həyata keçirmək üçün çox çalışmasının lazım olduğuna işarədir.
  • Yuxuda sevgilinizin evləndiyini görürsünüzsə, onu itirməkdən çox qorxduğunuzun işarəsidir. Bu yuxu, sizin sevgilinizə bağlı olduğunuzu bildirir. Bir az özünüzə də zaman ayırın. Heç kim sevildiyi qədər sevilməz!
  • Yuxuda ölən biri ilə sevgili olduğunuzu görürsünüzsə, o şəxsin ailəsindən sizə xeyir gələcək. Bəzən bu yuxu, ölən şəxs üçün dua etməyinizin lazım olduğuna işarədir. Yuxuda ölən şəxsi tanımırsınızsa, uğursuz sevgi yaşayacağınıza işarədir.
  • Hamının daha çox gördüyü o yuxu: Yuxuda sevgilisinin onu aldatdığını görən şəxs, real həyatda sevgilisi ilə dava edər və onun dediyi hansısa bir sözə görə ayrılıq yaşanır. Yəni, bu yuxu, yaxın zamanlarda sevgilinizlə aranızda olacaq problemdən xəbər verir. Sevgilinizə qarşı daha səbrli olun və hər şeyi böyütməyin. Əks halda, ayrılıq qaçılmazdır.
  • Yuxuda bir neçə sevgilisinin olduğunu görən şəxs, hər mənada gözəl həyat yaşayacaq. Bu şəxsin insanlarla gözəl münasibətlər qurmasına, hörmət və sevgiyə işarədir.

Siz də yuxularınızı bizimlə bölüşə bilərsiniz.

İlahin, Bizimyol.info

Paylaş »
››› Görüntülərin ünvanı bəlli oldu: "Bilmirik, bu uşaqla necə mübarizə aparaq" - Video
››› "Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
››› Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
››› "Bu, "Azəriqaz"ın çörəyinə bais olmaqdır.., yanan zibilə nə sayğac qoyacaqsan?"
››› Arxasınca iki qadın “Sən getdin, elə bil dünya boşaldı” deyirdi... - İslam Rzayevi anırıq
››› 2022-ci ildə daşınmaz əmlak qiymətlərində hansı dəyişiklik gözlənilir
››› Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər
Son xəbərlər
Bütün xəbərlər »