Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəhailərin ən nüfuzlu şəxslərindən Əbdül Bəhanın süudundan 100 il ötür...
Bəhailərin ən nüfuzlu şəxslərindən Əbdül Bəhanın süudundan 100 il ötür...
Bəhai dininin ardıcılları üçün 2021-ci il əlamətdar ildir. Bu ilin 28-29 noyabr tarixində dünyanın 234 ölkəsində, o cümlədən Azərbaycanda bəhailər dinlərinin ən nüfuzlu şəxslərindən biri Əbdül Bəhanın süudunun 100 illiyi qeyd ediləcək. Dünya dinləri arasında ən cavan din olan Bəhai dini haqqında daha ətraflı məlumatı bu yazıda oxuya bilərsiniz.

Əbdül Bəha –Bəhai Əhdinin Mərkəzi

Bəhai dini, dünyanın 234 ölkəsində yaşayan 2100 millət, xalq və etnik qrupa mənsub 8 milyondan çox insanı birləşdirir. Bəhai dininin ardıcılları vahid beynəlxalq təşkilatda – Bəhailərin Beynəlxalq Birliyində birləşmişlər. Bu birlik planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları –  BMT-nin İqtisadi və Sosial Şurasına (EKOSOS), BMT-nin Uşaq Fondu (UNICEF), Birləşmiş Millətlərin Ətraf Mühit Proqramı (YUNEP) ilə əməkdaşlıq edir.

Bəhai Dini XIX əsrin 40-60-cı illərində İki qoşa Zühur - Bab (1819-1850) və Bəhaullah (1817-1892) tərəfindən nazil olmuşdur. XX əsrin əvvəllərində Bəhai dininə maraq Əbdül Bəhanın şəxsiyyəti ilə bağlı olmuşdur. Azərbaycanda “Sərkərağa”, “Əbdül Bəha Abbas”, Avropa və Şimali Amerikada “Müəllim”, İraq və Yaxın Şərq ölkələrində “Böyük Budaq”, “Sirri-Xuda” və digər adlarla tanınan Əbdül Bəha Bəhaullahın böyük oğlu və Onun süudundan sonra dinin uzun illər (1892-1921) başçısı olmuşdur.

Xüsusi təhsili olmayan, həyatının çox hissəsini məhbəs və sürgünlərdə keçirmiş Əbdül Bəha müasirlərini özünün dərin teoloji bilikləri, fəlsəfi və mütərəqqi ictimai baxışları və rasional düşüncə tərzi ilə heyrətləndirmişdi. Əbdül Bəha Bəhai Yazılarının, həmçinin Tövrət, İncil, Quran mətnlərinin şərhçisi kimi də tanınır. Bab və Bəhaullahın, həmçinin əvvəlki dinlərin Yazılarındakı metaforlardan ibarət olan mətnlər Əbdül Bəha tərəfindən açıqlanmışdır.

Әbdül-Bәhanın yazıları olduqca çoxdur vә bunların böyük əksəriyyəti axtaranlara vә möminlərə ünvanlanmış mәktublardan ibarәtdir vә çox geniş mәsәlәləri әhatә edir. O, Bәhaullah tәrәfindәn әsası qoyulmuş Bəhai Dininin ümumi prinsiplәrini daha әtraflı şәrh etmişdir. O, fars, әrәb vә Türk dillәrindә gözәl danışardı. Onun Qәrb ölkәlәrinә sәfәrlәri zamanı etdiyi söhbәtlәri vә nitqlәri hәmişә tәrcümә olunardı. Әlbәttә, bu danışıqlar tərcümə zamanı öz gözәlliyini, bәlağәtini vә tәsir gücünü müәyyәn qәdәr itirәrdi, buna baxmayaraq, Onun sözlәrindә elә qüdrәt hiss olunardı ki, Onu dinlәyәnlәrdə heyrәt doğurardı.

Uşaqlıq və gənclik illəri

Sonralar Әbdül-Bәha titulunu (yəni Bəhanın bəndəsi) qәbul etmiş Abbas Әfәndi, Bәhaullahın böyük oğlu idi. O, 1844-ci il mayın 23-dә Babın öz missiyasını bәyan etdiyi gecә Tehranda anadan olmuşdu. Əbdül Bəha, doqquz yaşında ikәn atası babilər hərəkatında fəal iştirakına görə hәbs edilir. Sonradan həbs Bağdada sürgünlə əvəz olunur. Bəhaullah və ailəsinin Bağdadda yaşadıqları birinci il, Abbas belә mühüm nәticəyə gəlir ki, atası həqiqətən, bəşəriyyətin gözlədiyi Vәd olunmuş Kәsdir. Tәxminәn elә bu vaxtlardan dostları onu Bəhaullahın Ona verdiyi adla - "Sirri-Xuda" çağırmağa başlayırlar. Tezliklə Abbas atasının әn yaxın dostuna vә müdafiәçisinә çevrilir və atasının görüşünә gәlәn saysız-hesabsız adamları qәbul edib, onlarla danışmağı öz öhdәsinә götürür. O vaxtlar Abbas Әfәndi, tez-tez mәscidlәrә gedәr, orada ilahiyyatçılarla ilahiyyata dair mövzuları müzakirә edәrdi. O, heç zaman heç bir mәktәbdә tәhsil almamışdı, onun yeganә müәllimi atası olmuşdu. İstanbula uzun sәfәr zamanı O, Bәhaullahı gecә-gündüz qoruyar, atını Onun arabası ilә yanaşı sürәr vә Onun çadırının yanında keşik çәkәrdi. Әdirnәdә yaşadıqları illәrdә Әbdül-Bәha, "Müәllim" adı ilә şöhrәt qazandı.

Əbdül Bəha Əbdül Bəha

Әkkada bәhailәr, tif və malyariya xәstәliyinә tutulan zaman O, xәstәlәrə qulluq edәr, yedirdib-içirәr, gecәlәr yatmazdı. Nәhayәt, yorulub әldәn düşmüş, özü dә xәstәliyә tutularaq bir aya yaxın çox ağır vәziyyәtdә qalmışdı. İstanbul və Ədirnədə olduğu kimi Әkkada da canişindәn tutmuş dilәnçiyәdәk bütün tәbәqәlәrindәn olanlar Onu sevәr vә hörmәt edәrdi. O, çox nəzakətli, mülayim, səxavətli və həmişə xeyirxah idi.

Əbdül Bəhanın sürgün həyatı və fəaliyyəti

Özünün Əhd və Vәsiyyәtnamәsindә Bәhaullah aydın şәkildә bildirir ki, bəhailər Әbdül-Bәhaya müraciәt vә itaәt etmәlidir. Bәhaullahın süudundan sonra, Əbdül Bəha Dinin Başçısı və təlimin səlahiyyətli Şərhçisi vəzifəsini üzərinə götürür. Ona vəziyyət olunmuş ilk vəzifə kimi Babın nəşinin İrandan Hayfaya gətirilməsi və dəfni məsələri ilə məşğul olur.

Bab və yaxın silahdaşı Ənis 1850-ci ildə Təbriz şəhərində şəhid edildikdən sonra cəsədləri şəhər kənarda xəndəyə atılır. İkinci gecə tərəfdarları onların nəşini ordan götürüb, ipək fabrikinin zirzəmisində gizlədirlər. Sonralar onların nəşi Bəhaullahın göstərişi ilə Tehrana aparılır və 1899-cu ilədək gizlədilir. Həmin il Əbdül Bəhanın əmrinə uyğun olaraq Beyruta, oradan da 31 yanvar 1899-cu ildə Əkkaya çatdırılır. Həmin il Əbdül Bəha Bəhaullahın seçdiyi yerdə Babın cənazəsini qəbul etmək üçün tikiləcək Mavzoleyin təməlini qoyur. Nəhayət, 1909-cu ilin Novruz günündə, inananların iştirakı ilə Əbdül Bəha Öz əlləri ilə, Həzrət Babın və Onun ardıcılının cənazəsinin qalıqları olan taxta qutunu sarkofaqın içərisinə qoyur. O hadisə belə təsvir olunur: "Türbanını kənara atan Ədbül-Bəha, ayaqqabılarını çıxardı və əbasını atdı, hələ ki açıq olan sarkofaqın üzərinə əyildi. O, alnını taxta qutunun üzərinə qoydu. Ucadan hönkürdü və elə bir sızıltı ilə ağladı ki, orada olanların hamısı Onunla bərabər ağladılar. O gecə Onu hisslər o qədər çulğamışdı ki, yata bilmədi..."

Artıq iyirmi il әrzindә Әkkada azad gәzib dolanmaq hüququna malik olan Әbdül-Bәhaya 1901-ci ildәn yeddi il müddәtinә şәhәrdәn çıxmaq qadağan olunur. Lakin bu qadağa Әbdül-Bәhaya Asiya, Avropa vә Amerikaya sәpәlәnmiş bәhailәrlә vә Bәhai Dini ilә maraqlananlarla mәktublaşmağa mane ola bilmәdi. Bu işdә ona qızları, bir neçə tәrcümәçi vә katiblәri kömәk edirdilәr.

Әkkanın yoxsul mәhәllәlәrindә Әbdül-Bәha әn arzuolunan qonaq idi. Bu dövrdә Әkka ziyarәtinә gәlmiş bir zәvvar belә yazır: "Kişilәr vә qadınlar, uşaqlar və yoxsullar taqәtdәn düşmüşlәr. Üzlәrindәn ümidsizlik yağan yarıçılpaq adamlar, xeyli çolaq, kor vә әsl dilәnçilәr hamısı da gözlәri qapıda gözlәyirdilәr. Әbdül-Bәha qapıda görünür. Cәld hәrәkәtlә nәzirlәri paylayaraq yardım alanların birindәn o birinә keçir. O, xoş söz demәk, hal-әhval soruşmaq, uzanmış әlә xırda pul qoymaq, uşağın üzünü sığallamaq, Onun әbasının әtәyindәn yapışmış qoca qadının әlindәn tutmaq üçün dayanır. Gözünün nurunu itirmiş kora mənəvi nurdan danışır, lap zәiflәmişlәri vә xәstәlikdәn gәlә bilmәyәnlәri soraqlayır, mәhәbbәt vә kömәk duaları ilә onların payını göndәrirdi".

İnsanların әksәriyyәti üçün hәbsxana hәyatının çәtinliklәri ağır bәdbәxtlikdir, lakin Hәzrәt Әbdül-Bәha burada nәsә dәhşәtli bir şey görmürdü. O, hәbsxana barәsindә belә yazırdı: "Mәnim mәhbus olduğuma vә fәlakәtә düçar olduğuma görə dә kədәrlәnmәyin. Çünki bu mәhbәs mәnim gözәl bağımdır, mәnim cәnnәt mәkanımdır. Mәnim hәbsxanadakı әzablarım, әdalәtlilәr arasında mәnim şöhrәt tacımdır. Firavanlıq, rahatlıq, uğur, sağlamlıq, hәzz vә sevinc şәraitindә yaşayan hәr bir kәs xoşbәxt ola bilәr, lakin qәm-qüssә, ehtiyac vә xәstәliyә baxmayaraq xoşbәxt olan kәs alicәnab adlandırılmaq hüququna malikdir".

1904 vә 1907-ci illәrdә Әbdül-Bəhaya qarşı irәli sürülmüş ittihamların araşdırılması üçün Osmanlı hökümәti istintaq komissiyası tәyin etdi. Әbdül-Bәha bütün ittiham¬ları tәkzib edәrәk bildirdi ki, mәhkәmәnin Onun haqqında çıxardığı hәr hansı bir qәrara tabe olmağa tamamilә hazırdır. Bu iki komissiyanın iclasları arasında Әbdül-Bәha, özünün adi hәyat tәrzini sakitliklә davam etdirir, bağda meyvә ağacları әkir, azad ruhani nuru vә lәyaqәti ilә toy mәclislәrindә ağsaqqallıq edirdi.

Sonuncu komissiyanın tәrkibinә daxil olan dörd mәmur 1907-ci ilin qışında Әkkaya gәlir, bir ay burada qalıb, istintaqı başa çatdıraraq İstanbula qayıdır vә Әbdül-Bәhaya qarşı ittihamların sübuta yetirildiyi haqqında hesabat hazırlayırlar: O ya sürgün olunmalı, ya da edam edilmәli idi.

Lakin onlar İstanbula çatar-çatmaz ölkədə inqilab başlayır vә köhnә hökumәtә mәnsub olan bu dörd müstәntiq canlarını qurtarmaq üçün ölkədən qaçmalı olurlar. Gәnc Türklәr hakimiyyәti öz әllәrinә alaraq Osmanlı imperiyasındakı bütün siyasi vә dini mәhbusları azad edirlər. 1908-ci ilin sentyabrında Әbdül-Bәha mәhbәsdәn azad edilir. Bir il sonra Sultan Әbdülhәmidin özü hәbs olunur.

Qərb dünyasına səfərlər və müharibə illəri

Әbdül-Bәha hәbsxanadan azad edildikdәn sonra 1911-ci ilin avqustunda Әkkadan Hayfaya və Hayfadan İsgәndәriyyәyә gedir. Özünün sәfәrlәri zamanı müxtәlif әqidәli adamlarla görüşәn Әbdül-Bәha, hәmişә Bәhaullahın "bütün dinlərin ardıcılları ilə dostluq və yoldaşlıq ruhunda ünsiyyətdə olun" tövsiyәsinә sadiq qalırdı. O, 1911-ci ilin sentyabrında Londona gәlir vә burada bir ay qalır. Bu vaxt әrzində O, pastor Kampbellin şәhәr mәbәdindә tәşkil etdiyi kilsә icmaları birliyi qarşısında və Vestminsterdәki Müqəddəs Çon kilsәsin¬dә mәruzәlәr oxuyur. Buradan O, Parisә yola düşür vә hәr gün müxtәlif millәtlәrә vә dinlәrә mәnsub olan dinlәyicilәr qarşısında çıxışlar edir. Dekabr ayında o, Misirә qayıdır vә amerikalı dostların xahişlәrinә cavab olaraq yazda Amerika Birlәşmiş Ştatlarına yola düşüb 1912-ci ilin aprelindә Nyu-Yorka gәlir. O, yeddi ay әrzindә Amerikanı bir sahilindәn o biri sahilinәdәk başdan başa gәzir, universitet tәlәbәlәri, sosialistlәr, mormonlar, yәhudilәr, xristianlar, aqnostiklәr, esperantoçular, Sülh Cәmiyyәti, Yeni fikir klubları və sufrajist klubları nümayәndәlәrinin qarşısında çıxışlar edir. O, bütün dinlәrin mәbәdlәrindә auditoriyaya vә şәraitә uyğun mәruzәlәr oxuyur.

Dekabrın 5-dә O, Böyük Britaniyaya yollanır vә burada altı hәftә qalaraq Liverpul, London, Bristol vә Edinburq şәhәrlәrini gәzir. Edinburqda O, esperantoçular cәmiyyәtindә çıxış edәrәk bildirir ki, Şәrq ilә Qәrb arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılması üçün Şәrq bәhailәrini esperanto dilini öyrәnmәyә ruhlandıracaqdır.

Әvvәllәr olduğu kimi, yenә dә söhbәtlәr vә iclaslar şәraitindә keçәn iki aylıq Paris sәfәrindәn sonra O, Ştutqarta gedir vә burada Almaniya bәhailәri ilә bir sıra uğurlu görüşlər tәşkil edir, sonra isә Budapeşt vә Vyanaya gәlәrәk bu yerlәrdә yeni özәklәr yaradır. 1913-cü ilin mayında O, Misirә qayıdır və həmin il dekabrın 5-dә Hayfaya gәlir.

Bu zaman artıq Onun yetmişә yaxın yaşı vardı. Uzun illәrin gәrgin fәaliyyәti, Qәrb ölkәlәrinә etdiyi yorucu sәfәrlәr Әbdül-Bәhanın fiziki qüvvәsini tükәtmişdi.

Müharibә әrәfәsindә Әbdül-Bәha qeyri-adi ehtiyatlılıq nümayiş etdirdi. Dinclik illәrindә Hayfada İrandan vә digәr yerlәrdәn gәlmiş çoxlu zәvvarlar olardı. Müharibәnin başlamasına altı ay qalmış Әbdül-Bәha Hayfadakı bütün zәvvarları evlәrinә göndәrdi. 1914-cü il iyulun sonlarında artıq orada heç kim qalmamışdı.

Müharibә başlayanda ömrünün artıq әlli ilini sürgün vә hәbsxanalarda keçirәn Әbdül-Bәha yenә dә Türkiyә hökumәtinin әsiri oldu. Suriyadan kәnarda yaşayan möminlərlə әlaqәlәr kәsildi. O vә ardıcıllarının kiçik bir dәstәsi ağır vәziyyәtә düşdülәr: aclıq çәkir vә daim tәhlükә içindә yaşayırdılar.

Müharibә illәrindә Әbdül-Bәha Tiberiya yaxınlığında geniş әkin işlәri tәşkil etdi. Burada yetişdirilmiş buğda nәinki bәhailәri, hәm dә Hayfa vә Әkkada yaşayan yüzlәrlә kasıbı aclıqdan qurtardı. O, hәr gün yüzlәrlә kasıba az da olsa pul vә çörәk verirdi. O, tez-tez Әkkaya gedәr, möminlərə vә yoxsullara tәsәlli verәr vә yardım göstәrәrdi. O möminlərlə hәr gün yığıncaqlar keçirәrdi. Onun kömәyi sayәsindә dostlar bu narahat illәri xoşbәxt vә rahat yaşadılar.

1918-cı il sentyabrın 23-dә gündüz saat üçdә, 24 saat davam edәn döyüşdәn sonra Hayfa İngiltәrә vә hind suvarilәri tәrәfindәn alınır vә burada hökm sürәn dәhşәtlәrә son qoyulur. Onun alicәnab xasiyyәti, sülh, dinc yanaşı yaşamaq vә insanların rifahı naminә apardığı böyük işlәr hökumәt nümayәndәlәrindә elә dәrin tәәssürat yaradır ki, Ona Britaniya imperiyasının peri rütbәsini verirlәr; tәqdimetmә mәrasimi 1920-ci il aprelin 27-dә Hayfada hәrbi qubernatorun bağında keçirilir.

Əbdül Bəhanın vəfatı

Fiziki yorğunluğuna vә zәifliyinә baxmayaraq, Әbdül-Bәhanın çoxcәhәtli fәaliyyәti qısa fasilәlәrlә, demәk olar ki, hәyatının axırıncı gününәdәk davam etdi. 1921-ci il noyabrın 25-dә, cümә günü, gündüz saat 12-dә Hayfa mәscidindә günorta namazını qıldıqdan sonra O, adәti üzrә yoxsullara nәzir paylayır. Günorta yemәyindәn sonra bir neçə mәktub diktə edib yazdırdı vә bir az istirahәt etdikdәn sonra bağa gәzintiyә çıxaraq bağbanla söhbәt edir. Axşam o, hәmin gün evlәnәn sevimli xidmәtçisinә xeyir-dua verir vә bundan sonra evindә toplaşan dostlarının yığıncağında iştirak edir. Üç gün keçmәmiş, noyabrın 28-dә bazar ertәsi O, vәfat edir. Bu kәdәrli xәbәr, tezliklә bütün şәhәrә yayılır vә teleqraf vasitәsilә dünyanın bütün ölkәlәrinә göndәrilir. Ertәsi gün noyabrın 29-da çәrşәnbә axşamı, Әbdül-Bәhanın dәfn mәrasimi keçirilir. Mərasimdə Ali komissar ser Herbert Samuel, yüksək rütbәli hökümәt nümayәndәlәri, müxtәlif dövlәtlәrin Hayfadakı konsulları, müxtәlif dini icmaların rәhbәrlәri, yәhudilәr, xristianlar, müsәlmanlar, druzlar, misirlilәr, yunanlar, Türklәr, kürdlәr vә Әbdül-Bәhanın çoxsaylı amerikalı, avropalı vә iranlı dostları, kişilәr, qadınlar vә uşaqlar iştirak edirdi. Onlar yavaş-yavaş Karmel (Kərmil) dağına tәrәf addımlayırdılar. Bu insan axını Babın mәqbәrәsinə çatır. İzdiham dayandıqda müxtәlif xalqların nümayәndәləri sәslәrini ucaldaraq Əbdül Bəha ilә vidalaşdılar. Sonra tabut təntənəli şəkildə dəfn yerinə gətirildi. Şübhəsiz ki, bütün həyatı boyu dinləri, irqləri və millətləri birləşdirməkdən ötrü çalışmış Kəsə layiq olduğu ehtiram göstərildi. Bu ehtiram həmçinin təsdiq etdi ki, həyatı boyu çəkdiyi zəhmət hədər getməyib, Bəhaullahın idealları dünyanı dəyişdirməkdə, müsəlmanları, xristianları, yəhudiləri və bəşər ailəsinin digər qruplarını bölən maneələri dağıtmaqdadır.

Əbdül Bəha Türbəsinin muasir dizaynı Əbdül Bəha Türbəsinin muasir dizaynı

Əbdül Bəhanın məqamı

Bәhaullah Әbdül-Bәha üçün müәyyәn olunmuş nadir mәqam haqqında aşağıdakı sözlәri yazmışdır: "Mәnim varlığımın dәryası, sahillәrdәn geri çәkilmәyә başlayanda vә mәnim Vәhy Kitabım yazılıb qurtaranda nәzәrlәrinizi Ona, Allahın seçdiyi Kәsә, bu Qәdim Kökün Budağı olan Kәsә çevirin. Kitabda sizin üçün anlaşılmaz bütün suallarla bu qüdrәtli gövdәdәn olan Kәsә müraciәt edin".

Әbdül-Bәhanın məqamı ilə bağlı Bəhaullahın yazısı bәzi möminlərdə Onun məqamı ilə bağlı çaşqınlıq yaradırdı. Hәlә dә köhnә dini tәsәvvürlәrin tәsiri altında olanlar Әbdül-Bәhanın ilhamverici sözünü vә işinin tәmiz ruhunu gördükdә onun mәqamını İlahi Zühur sәviyyәsinә qaldırırdılar. Lakin Әbdül-Bәhanın onlara cavabı bir mənalı idi.

"Bəha əhlinin inamının təməli budur: Bab Allahın təkliyinin və birliyinin Zühüru və Bəhaullahın Müjdəçisidir. Bəhaullah Allahın Ən Ali Zühuru və Onun Ən İlahi Mahiyyətinin Məşriqidir. Qalan hamı Onun bəndələridir və Onun əmrinə tabedir".

Bәhaullahın Tәlimindә ümumdünya insan cәmiyyәti yaratmaq qüdrәti vardı. Әbdül-Bәha 1892-ci ildәn 1921-ci ilәdәk olan dövrdә Onun üzәrinә qoyulmuş Missiyanı yerinә yetirdi, Yeni Sivilizasiya haqqında Bәhaullahın Tәliminә müvafiq olaraq inzibati qaydalar yaratmağa başladı.

Bәhaullah Allah Kәlamının Ali Tәcәssümü idi, lakin onun qırx illik mәhbus hәyatı ardıcılları ilә söhbәtlәr aparmaq imkanını mәhdudlaşdırmışdı. Ona görə də, Əbdül Bəhanın üzərinə Vəhyin şərhçisi, Kəlamın icraçısı, bəhai fəaliyyətlərinin ən müxtəlif mərhələlərndə bu günkü dünya ilə gerçək əlaqədə bəhai həyatının nümunəsi olmaq vəzifəsi düşdü. O, göstәrirdi ki, müasir hәyatın keşmәkeşli vә sürәtli burulğanları arasında, hәr yerdә üstünlük tәşkil edәn maddi rifahlar uğrunda mübarizә vә xudpәsәnlik içәrisindә hәr halda İsanın, Məhəmmədin, Bәhaullahın vә digәr peyğəmbərlərin insanlardan tәlәb etdiklәri kimi Allaha tam itaәtkarlıq vә öz yaxınlarına xidmәt etmәk ruhunda yaşamaq olar.

Bir tәrәfdәn sınaqlar, dönüklük, böhtan və xәyanәtkarlıq, digәr tәrәfdәn mәhәbbәt, sadiqlik vә hörmәt içәrisindә O, әtrafında qışın tüğyan edən tufanları vә yayın ilıq dәrya sularının cilvәlәndiyi sal qaya üzәrindә ucaldılmış mayak kimi dayanmışdı. Onun sakitliyi vә sәmimiliyi mәtin vә yenilmәz olaraq qalırdı. Onun hәyatı әsl mömin hәyatının tәcәssümü idi vә O, ardıcıllarını belә hәyata çağırırdı. O, döyüşәn dünya arasında birlik vә sülh bayrağını – Yeni Eranın bayrağını qaldıraraq, bu bayraq altına toplaşanları әmin edirdi ki, onlar Yeni Günün ruhundan ilhamlanacaqlar. Bu, keçmişdә Peyğəmbərlərә vә övliyalara ilham verәn hәmin müqәddәs Ruhdur ki, indi tamam başqa vәzifәlәri yerinә yetirmәk üçün özünün yeni tәcәssümünü tapmışdı.

Azərbaycan Bəhai icmasının İctimai Əlaqələr ofisinin koordinatoru Azər Cəfərov

Son xəbərlər
Bütün xəbərlər »