Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niyə yuxu görürük və yuxu növləri hansılardır?
Niyə yuxu görürük və yuxu növləri hansılardır?

Həyatımızın 3/1-ni yuxuda keçiririk. Bu da 60 illik bir ömrün 20 ili deməkdir. Yuxu gün içində işləməkdən yorulan bədənin və sinirlərin istirahətidir. Yuxu zamanı şəxsin şüuraltında düşüncələrinin, istəklərinin bir film lenti kimi göz önündən keçdiyi hesab edilir. Freydə görə, şüuraltının gizlətdiyi bu vəziyyətdən çıxa bilmək üçün hər zaman yol axtarılır.

Bu gün bir sıra həkimlər yuxulara böyük dəyər verir, yuxulara elminə dəyər verərək, xəstələrini müalicə edə bilirlər. Yuxularda yaşananlar inanılmayacaq qədər sürətli baş verir. Bir neçə dəqiqəlik yuxuda qəribə, çaşdırıcı və çox fərqli hadisələr baş verə bilər. Buna görə də yuxuda zaman anlayışı yoxdur.

Yuxu beynimizin alışqanlıqları və öyrəndikləri istiqamətində müəyyən anların toplusudur.

Qədim dövrlərdə yuxular, qorxulan Tanrılar tərəfindən verilən mükafat və ya cəza kimi dəyərləndirilirdi. Daha sonra kahinlər yuxuları yozmağa, açıqlamağa başladı. İlkin yuxuyozanarın nə zaman ortaya çıxdığı məlum olmasa da, Babil kahinləri bu sahədə çox məhşur olub. Zaman keçdikdə müəyyən yuxuların yozumu konkretləşib. Belə ki, yuxu yozmaları ilə bağlı qədim misirlilər, yunanlar və ərəblər müxtəlif kitablar yazıb.

Niyə yuxu görürük?

Bəzi araşdırmaçılara görə yuxu zamanı görülən yuxular beyin fəaliyyətlərinin məhsuludur, bəzi araşdırmaçılara görə isə, insanların şüuraltında əksik qalmış düşüncələrin kənara çıxdığı yoldur.

Yuxu yozmalar dedikdə, bir çox adam Ziqmund Freydi düşünür. Yuxuların şüuraltında gedən yol olduğunu deyən Freydə görə, yuxuların məqsədi günlük yaşantıda üzə çıxarmadığımız cinsi və aqressiv istəklərin kənara çıxmasıdır. Yuxularda olan hadisələr simvolik olaraq bu istəkləri göstərir. Bu simvolların gizli mənasını tapmaq və ortaya çıxarmaq isə psixoanalizlə məşğul olanların işidir.

Yuxu növləri hansılardır?

Mütəxəssislərə görə, yuxu bir neçə mərhələdən ibarətdir. Yuxusu gələn şəxs yatağına uzanıb, gözlərini yumur. Bir müddət sonra göz qapaqları qeyri-müəyyən səbəblərdən titrəməyə başlayır. Bu insan yuxuya gedib və yuxu görür.

Bəzən həkimlər xəstələrinə müxtəlif dərmanlar verir. Bu dərmanlar yuxuları dərinləşdirir və yuxuya təsir edir. Belə vəziyyətlərdə yuxu görülməyə bilər. Ancaq dərman içməyən insanlar mütləq yuxu görürlər. Yuxular rəngli və yaxud ağ-qara ola bilər. İnsanlar çox zaman yuxularını ağ-qara gördüklərini deyir. Aparılan araşdırmalara görə, qadınlar daha çox rəngli yuxular görür. Yuxular ümumi olaraq bir neçə yerə bölünür:

  1. Beyni yorğun olan, davamlı olaraq bir mövzu barədə düşünən şəxs yuxuda qarmaşıq şeylər görə bilər. Və ya bu insan yuxuda onu maraqlandıran mövzunu da görə bilər. Belə yuxular yozulmur. Məsələn; baxdığınız bir kinonu yuxuda görmək, o kinonun təsirində qalmaq deməkdir. Yəni, əsl yuxu deyil.
  2. İkinci növ yuxular, kabus və qarabasmalardır. Yatan şəxs yuxuda xoş bir hadisə ilə maraqlandığını görür və birdən yuxu qorxulu hal almağa başlayır. Gözəl görüntü dəyişərək, insana dəhşət verir.

    Kabusların açıqlaması əsəb-sinir həkimləri və psixoanalizlə məşğul olan şəxslər verə bilər. Yəni, belə yuxular da yoxulmur.

    Qarabasma görən insan yuxuda qorxsa da, oyana bilmir, oyandığını düşünür və bu zaman kabus davam edir. Hər insan həyatı boyu bir neçə dəfə yuxu görə bilər. Tez-tez qarabasma görən şəxslrin sinirlərini zədələnmiş hesab edilir. Buna də belə şəxslər mütləq həkim tövsiyyəsi almalıdır.

  3. Üçüncü növ yuxular isə, yoluxulan yuxulardır. Belə yuxular çox dəyərlidir. Adətən həssas insanlar və mediumlar belə yuxular görür. Məsələn; yuxuda illərlə görmədiyi bir yaxını görə bilər və bir müddət sonra o şəxslə qarşılaşa bilər. Belə yuxular "real yuxulardır" və düzgün yozulmalıdır.
  4. Dördüncü növ yuxular tez-tez qarşılaşdığımı yuxulardır. Yatan şəxs yuxusunda müxtəlif şeylər görür. Səhər oyandığı zaman bunlardan bəzilərini xatırlaya bilər. Bu yuxular da yozulan yuxulardır. Yuxu yozmaları 4-cü növ yuxular üçün daha önəmlidir.
  5. Beşinci növ yuxular isə, yuxu içində görülən yuxudur. Adətən insan yuxuda yuxu içində gördüyü yuxunu elə yuxusunda yozur. Belə yuxularla çox diqqətli olmaq lazımdır. Çünki belə yuxuların çin olma səviyyəsi yüksəkdir.
  6. Altıncı növ yuxular isə, ən maraqlı yuxulardır. Bu yuxular təkrarlanan yuxulardır. İnsan bu yuxunu tez-tez görür. Məsələn; hər zaman eyni evi və ya eyni küçəni görər. O evdə, o küçədə heç bir zaman həyatda olmasa da, o ev, o küçə ona doğma gəlir. Və insan daim bu yuxunu görə bilər.

Yuxular müalicə edər, öyrədər,suallarımızı cavablayar, bizi gələcəyə bağlayar, zövq və mənəvi balansı qoruyar və cinsi hissləri də təşviq edə bilər.

Yuxular əslində bir əlaqə, bir körpü rolunu oynayır. Yuxular ruhumuzdan gələn bir məktub kimidir. Güc, məlumat və sağlamlıq qaynağıdır. Əgər yuxularımıza önəm verməsək, zəkadan yoxsul insanlar olarıq. Burada hisslərimizə, xəyallarımıza və xüsusilə də yuxularımıza diqqət etmək əsas məsələdir.

Yuxular Tanrıların dilidir və bu zəngil dil bizi real həyatda oyandırmağı hədəfləyir.

Yuxuların nə demək istədiyini öyrənmək üçün özümüzü yuxuya hədəfləməliyik. Yuxular və yuxutozmalar bizi zehni olaraq təsirləndirir.

Araşdırmaçılara görə, yuxular 20 saniyədən çox görülmür. Maraqlı olan isə, 3-5 saniyədə görülən yuxunun saatlarla danışılmasıdır. Doktor Kleynə görə, ən uzun yuxu 90 saniyədən çox ola bilməz.

İslam dinində Həzrəti Yusif peyğəmbərin (ə.s)  güclü yuxuyozma qabiliyyətinin olduğu deyilir. Bu, ona Allahın vergisi olub. Yuxuyozma vasitəsilə Yusif peyğəmbər tək Tanrı dinini təbliğ edib. Yusif peyğəmbər misirlilərin səhv yolda olduğunu söyləməklə yanaşı, yuxuyozma elminin Allah tərəfindən ona verildiyini deyib. Hədislərə görə, Yusif peyğəmbər zindanda olduğu zaman iki həbs yoldaşını tevhid inancına dəvət etdikdən sonra yuxularını yozub. Bu barədə də Qurani Kərimdə də müvafiq ayələr var.

Yusif peyğəmbər dövründə çox sevginin də zərərli olduğunu dilə gətirib. Bir gün zindan başçısı onu sevdiyini və ondan başqa heç nəyi bu qədər sevmədiyini deyib. Yusif peyğəmbər isə, bu sevgidən Allaha sığındığını dilə gətirib. Zindan başçısı bunu səbəbini soruşduqda peyğəmbər deyib: "Atam çox sevdi, qardaşlarım məni quyuya atdı. Züleyxa çox sevdi, zindana atdılar. İndi də sən sevirsən, kim bilir hara atarlar".

Mütəxəssislərin fikrincə, yuxuyozmaları etibarlı, ürəyiaçıq, digər insanlara faydalı olmaq istəyən şəxslər tərəfindən həyata keçirilməlidir ki, həddən artıq kin, həsəd yuxulara və həyatımıza zərər verməsin. Unutmayın, yuxu necə yozulursa, həyatda da elə əksini tapır.

Xatırladaq ki, yuxularda daha çox məktəb, müəllim, dərslər, öyrənmə, qaçmaq, qovalamaq, təqib edilmək, cinsi hisslər, yıxılmaq, harasa gecikmə, yaşayan insanın ölməsi və ya ölü insnaların dirilməsi, uçmaq və ya qısa bir müddətdə havaya qalxmaq, bir imtahadan keçə bilməmək, yıxılmaqdan son anda qurtulmaq, qoxudan donub qalmaq və s. görülür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »