Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Telefonla çox vaxt keçirən uşaqlara nəyisə başa salmaq çətin olur"
"Telefonla çox vaxt keçirən uşaqlara nəyisə başa salmaq çətin olur"

Uşaqların ağıllı telefon və tabletlərə sərf etdiklər vaxt həqiqətən narahatlıq yaradır. Son zamanlar pediatrlar valideynlərə yatmamışdan bir saat əvvəl uşaqlarına rəqəmsal qadağa tətbiq etməyi məsləhət görür.

Amerikanın Tibb Dərnəyinin JAMA Pediatriya jurnalında yayımlanan araşdırmada, uşaqların ekran qarşısında keçirdiyi zamanın son bir neçə on ildə artdığı qeyd edilib. Araşdırma qrupu, mobil telefonların az olduğu dönəmlə 2019-cu ilə qədər olan məlumatları müqayisə edib. Araşdırmaçılar daha əvvəl Miçiqan Universitetində Gəlir Dinamikasının Uşaq İnkişafına təsirinə dair uzun müddətli statistikanı istifadə edərək, 1997-ci ildə 1327 uşağa və 2019-cu ildə 443 uşağa dair məlumatları analiz edib. Məlumata görə, ABŞ-da iki yaşdan kiçik uşaqlar, 1997-ci ildə günlük 1,32 saat ekran qarşısında zaman keçirdikləri təqdirdə, 2019-cu ildə bu rəqəm 3 dəfə artaraq 5 saat olub. Bununla yanaşı, 1997-ci ildə 3-5 yaşında uşaqların gün ərzində 2,5 saat, 2019-cu ildə isə 9 saat keçirdiyi məlum olub.

Pediatr İlhamə Qurbanova qeyd edib ki, yeni araşdırmalara görə, ağıllı cihazlara olan alışqanlıq beynin fizioloji formasını dəyişərək bəzi xəstəliklərə səbəb olur. ÜST, ağıllı cihazlarla 7 saat və daha çox zaman keçirən uşaqların beyin formasını analiz edib. Araşdırmaya görə, ağıllı telefonla zamanı keçirmək beyin korteksini nazildir. Araşdırmaçılar müəyyən edib ki, iki saatdan artıq texnoloji alətlərlə zaman keçirən uşaqların dil bacarıqları və düşünmə qabiliyyətləti zəif olur. Ağıllı telefonlardan asılılıq; depresiya, mental xəstəliklər və s. səbəb olur. Mütəxəssis qeyd edir ki, mobil telefon və tabletlər uşaqların görmə qabiliyyətini də zəiflədir.

"3-5 yaşlı uşaqlar gün ərzində 1 saat, 6-18 yaşlı uşaqlar isə gün ərzində 2 saat telefon və ya tablet qarşısında vaxt keçirə bilər. Uşaqlarınızı bacardığınız qədər bu vasitələrdən uzaq tutmağa çalışın. Onlarla zaman keçirin, sevdiyinizi hiss etdirin. Əksə halda, telefon və ya tablet qarşısında uşaq çox zaman keçirirsə, valideynlə bağı qopur. Bir müddət sonra isə, ona nəyisə başa salmaq çətin olur. Unutmayın uşaqlarınızın gələcəyi öz əlinizdədir" - deyə həkim bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »