Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da Türkiyə konsulunu öldürən terorçu Ermənistana gəlib
ABŞ-da Türkiyə konsulunu öldürən terorçu Ermənistana gəlib

Türkiyənin Kaliforniyadakı konsulunu öldürən "ASALA" terror təşkilatının üzvü Ambik Sassunyan həbisdən azad edilib və Ermənistana gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı “Daşnaksütyun”nun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Sassunyanın mesajı partiyanın “Facebook” səhifəsində də dərc edilib və o, artıq Ermənistana gəldiyini bildirib. Terrorçu qeyd edib ki, həbsdə olduğu illər ərzində həmyerlilərinin dəstəyini hiss edib və bu ona kömək olub.

Qeyd edək ki, Ermənistan cəmiyyətinin qəhrəman kimi qəbul etdiyi terrorçu Sassunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürüb. Buna görə 1984-cü ildə o, ömürlük həbs cəzasına məhkum edilib. 2002-ci ildə federal məhkəmə ona həbsindən 25 il sonra, 2009-cu ildə azadlığa çıxmaq üçün ərizə vermək imkanı verdi, lakin bu vəsatətlər rədd edildi. O, 18 aydan sonra yeni petisiya hüququ əldə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »