Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəncəfil mürəbbəsinin faydaları və hazırlanma qaydası
Zəncəfil mürəbbəsinin faydaları və hazırlanma qaydası

Zəncəfil, bir çox dərdlərin dərmanı hesab edilir. Bu bitki, baş ağrısını və mədə narahatlığını aradan qaldırır.

Araşdırmalara görə, zəncəfil, xərçəng xəstəliyi müalicəsi zamanı da faydalıdır. Qış aylarında xəstəliklərə yoluxmamaq üçün zəncəfil dəmləməsi və ya yeməklərdə zəncəfildən istifadə önəmlidir. Zəncəfil mürəbbəsi isə sağlamlıq və mövsümi xəstəliklərin dərmanıdır. Zəncəfil mürəbbəsi haqqında bir çoxumuz məlumatsızıq. Bu gün sizə zəncəfil mürəbbəsinin hazırlanma qaydasından danışacağıq.

Zəncəfil mürəbbəsini hazırlamaq üçün lazım olan qidalar:

  • 4 ədəd ortaboy təzə zəncəfil
  • 3 stəkan şəkər tozu
  • 1 ədəd limon və yaxud bir az limon duzu
  • 6 stəkan su
  • 2 ədəd darçın

Zəncəfil mürəbbəsini hazırlama qaydası:

  • Təzə zəncəfillərin qabığını incə-incə təmizləyin.
  • Soyduqdan sonra zəncəfili kiçik-kiçik doğrayın.
  • Dərin bir qazana yığıb üzərinə su əlavə edin.
  • 15-20 dəqiqə qaynadıqdan sonra 3 stəkan şəkər tozu və darçın əlavə edin. Zəncəfilin rəngi parlaqlaşana qədər qaynadın.
  • Zəncəfil dənələrinin şəffaf olması çox önəmlidir. Suya ehtiyac olarsa, bir az əlavə edə bilərsiniz.
  • Pişməsinə 10 dəqiqə qalmış limon suyu və ya limon duzu əlavə edə bilərsiniz.

Zəncəfil mürəbbəsi, gündəlik həyatınızda istifadə edilərsə, sizi bir çox virus xəstəliklərindən qorumuş olar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »