Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"2022-ci ilin ən trend içkisi kartof südü olacaq"
"2022-ci ilin ən trend içkisi kartof südü olacaq"

Böyük Britaniyanın ən böyük marketlər şəbəkəsi "Waitrose" illik qida və içki hesabatını açıqlayıb. Hesabata görə, 2022-ci ilin ən trend içkisi kartof südü olacaq. Marketlər şəbəkəsi tərəfindən hazırlanan hesabatda 2022-ci ildə qidalanmanın formasının dəyişəcəyi, həyatımıza yeni qidalar və içkilərin girəcəyi qeyd edilir.

Araşdırmaya görə, 2022-ci ildə ən trend yemək kartof südü olacaq. İsveçdə Veg of Lund adlı şirkət tərəfindən yaradılan və Dug markası ilə satılan kartof südünün yaxın gələcəkdə daha polpulyar olacağı gözlənilir. Marka, kartof südünün İsveçdəki Lund Universitetindən professor Yeva Tornber tərəfindən yaradılan kartof və kolza toxumu yağının patentli emülsiyası olaraq satışa çıxardığını açıqlayıb.

Soya, badam, yulaf və fındıq kimi digər alternativ vegan məhsulları kimi kartof südündə də az miqdarda CO₂ istifadə edildiyini və olduqca qidalandırıcı olduğu bildirilir. İsveç markası, içkinin ləzzətli krem kimi olduğunu və kofedə mükəmməl köpük yaratdığını vurğulayır.

"Waitrose"-un araşdırmasına görə, 2022-ci ildə istehlakçıların qidalanma mövzusunda ən böyük dəyişiklik "karbon ayaq izi və CO₂ emissiyaya diqqət edilməsi" olacaq. Mütəxəssislər 2022-ci ildə iqlim dəyişikliyi diqqət mərkəzində olan qidalanmanın daha məşhur olacağını qeyd etməklə yanaşı, qidaların ətraf mühit üzərində təsirlərinə də diqqət yetiriləcəyini vurğulayır. Yayımlanan hesabatda 2022-ci ildə bitki tərkibli yemək çeşidlərinin menyularda daha çox yer alacağı qeyd edilib. Həmçinin, xüsusilə Avropada pandemiya ilə birlikdə ət istehlakının azaldığı da yer alıb.

Kartof südü necə hazırlanır?

Kartofları dördbucaq şəklində bölün və qarışdırın. Qaynanmış kartofları və qazanda qalmış suyu blenderə töküb 5 dəqiqə qarışdırın. İki saatdan sonra süd içiləcək vəziyyətə gələcək. Əgər tərkibində olan vitamini artırmaq istəsəniz, içinə badam və fındıq kimi məhsullar da əlavə edə bilərsiniz. Vegan olmayanlar, bal da istifadə edə bilərlər. Bu da sizə kartof südü.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »